YAP üç müxalifət liderinə rəqib olmadı, 6 liderə qarşı çıxdı – MARAQLI SİYAHI
Bizi izləyin

Nida.az

YAP üç müxalifət liderinə rəqib olmadı, 6 liderə qarşı çıxdı – MARAQLI SİYAHI

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində müxalifət liderləri ilə yarışacaq Yeni Azərbaycan Partiyasının namizədləri dəqiqləşib.


Publika.az dairələr üzrə rəqib olan namizədləri təqdim edir.


33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini irəli sürən Müsavat Partiyasının başqanı Arif Hacılı hakim partiyanın namizədi Hüseynbala Mirələmovla üz-üzə gələcək.


Müsavat Partiyasının keçmiş başqanı, faktiki lideri hesab olunan İsa Qəmbər isə 15 saylı Yasamal birinci seçki dairəsində YAP-ın 29 yaşlı gənc namizədi Bayram Aslanovla mübarizə aparacaq.


22 saylı Nəsimi seçki dairəsindən namizəd olan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu dairədə hakim partiyanın namizədi Rahib Hacıyevlə yarışacaq.


Ümid Partiyasının sədri İqbal Ağazadə 35 saylı Xətai üçüncü seçki dairəsində YAP-ın namizədi Aliyə Ağırlı ilə güclərini sınayacaq.


Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın 26 saylı Sabunçu birinci seçki dairəsində rəqibi YAP-ın namizədi Kamran Qədirovdur.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 31 saylı Suraxanı ikinci seçki dairəsində hakim partiyanın namizədi Zərnişan Abidova ilə mübarizə aparacaq.


Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 123 saylı Kəlbəcər seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən namizəd göstərilib. O, bu dairədə hakim partiyanın ən güclü namizədlərindən hesab olunan, Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovla yarışacaq.


Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov hələlik hansı dairədən namizəd olacaqlarını açıqlamayıblar.


Parlament seçkilərində namizədliyini irəli sürən digər müxalifət liderlərinə qarşı hakim partiya namizəd çıxarmayıb.


Belə ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin namizəd olduğu 7 saylı Ordubad-Culfa seçki dairəsi hakim partiyanın namizəd irəli sürmədiyi 8 dairədən biridir. 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürən Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı da YAP-ın rəqib göstərmədiyi müxalifət liderləridir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm