Nizami rayonuna yeni icra başçısı təyin edildi
Bizi izləyin

Nida.az

Nizami rayonuna yeni icra başçısı təyin edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakının Nizami rayonuna yeni icra başçısı təyin edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Prezidentin sərəncamı ilə Siyəzən rayonu İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov tutduğu vəzifədən azad edilib. İlham Əliyevin digər bir sərəncamı ilə Arif Qasımov Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Yaxın saatlarda bununla bağlı rəsmi sərəncamın elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Arif Adil oğlu Qasımov Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olub. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Evlidir. 3 övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm