Sahib Kərimli: “Əli bəy, məni niyə söyürsünüz?”
Bizi izləyin

Nida.az

Sahib Kərimli: “Əli bəy, məni niyə söyürsünüz?”

“Əli Kərimli mənimlə sürücüsünün dili ilə opponentlik edir”.

Publika.az xəbər verir ki, bu barədə AXCP sədrliyinə namizədliyini irəli sürən partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli deyib.

S. Kərimli AXCP sədri Əli Kərimlinin hakimiyyəti tənqid etdiyi halda partiya daxili opponentlərinə dözümsüz olduğunu bildirib: “Mühafizəçinizin rəhbərlik etdiyi söyüş dəstəsini durdurmaq mümkün deyil. Çünki işlək mexanizmdir, əvvəllər də tətbiq olunub. Amma siz durdura bilərdiniz. Nəinki durdurmaq, bu fürsətlərdən istifadə edib, demokrat, tolerant, maarifçi, təşkilatçı lider olduğunuzu göstərərdiniz. Qurultay fürsət idi. Təsəvvür edirsiniz ki, mənimlə opponentlik etsəydiniz nələr olardı? Ən birinci söyüş olmayacaqdı, hamı intellektual işlərə cəlb olunacaqdı. Əli bəy, məni niyə söyürsünüz?”

Qeyd edək ki, S. Kərimli AXCP sədrliyinə namizədliyini irəli sürəndən sonra Əli Kərimlinin tərəfdarları sosial şəbəkə üzərindən ona qarşı kampaniya başladıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm