Nida.az
Elmar Məmmədyarov BMT-də terrorla mübarizə məsələsini müzakirə edib
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində 24 sentyabr 2015-ci il tarixində BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru Jan-Pol Laborde ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüş zamanı Laborde Suriya və İraqa vuruşmaq üçün gedən çoxlu sayda xarici döyüşçülərin təhlükəsizlik üçün təhdid olduğunu qeyd etdi. Azərbaycan Respublikasının terrorçuluqdan əziyyət çəkən bir ölkə olduğunu vurğulayan icraçı direktor, terrorçuluqla mübarizə sahəsində ölkəmizin gördüyü işləri yüksək qiymətləndirdi. Bu sahədə ölkəmizlə yaxın əməkdaşlığın vacibliyini bildirdi və bu məqsədlə, Azərbaycana səfər etmək niyyətini diqqətə çatdırdı.
Elmar Məmmədyarov Azərbaycanın bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu və İcraedici Direktorluğun Azərbaycana səfər etmək niyyətinin alqışlandığını bildirdi. Avropa ölkələri ilə müqayisədə Azərbaycandan İraq və Suriya kimi ölkələrə döyüşməyə gedənlərin az sayda olduğunu qeyd edən nazir, bu təhdidin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. Əlavə olaraq, Elmar Məmmədyarov məsələnin həlli üçün dövlətlər arasında məlumat mübadiləsinin vacib olduğunu vurğuladı. Nazir İraq və Suriya kimi ölkələrdə siyasi vəziyyətin həllinə nail olmadan xarici döyüşçülərlə bağlı problemin aradan qaldırılmasının qeyri-mümkün olduğunu bildirdi.
Laborde BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2170, 2178 və 2199 saylı qətnamələrin problemin həlli üçün vacib əsas olduğunu və onların həyata keçirilməsi üçün vasitələrin tapılmasının atılacaq addımlar sırasında durduğunu qeyd etdi.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi