YAP-ın bütün namizədləri qeydə alındı
Bizi izləyin

Nida.az

YAP-ın bütün namizədləri qeydə alındı

Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçki marafonunun daha bir mərhələsini uğurla başa çatdırıb.

YAP-dan Publika.az-a verilən məlumata görə, sentyabrın 29-na olan məlumata görə, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər Milli Məclisin deputatlığına namizəd kimi dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Bununla da, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, bu il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb.

Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm