HDP-dən Azərbaycan bayrağına hörmətsizlik – FOTOFAKT
Bizi izləyin

Nida.az

HDP-dən Azərbaycan bayrağına hörmətsizlik – FOTOFAKT

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirdaşın Almaniyanın Hamburq şəhərində mitinq keçirdiyi binanın salonunda Azərbaycan bayrağına hörmətsizlik edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mustafa Varank “twitter” səhifəsində şəkil paylaşaraq HDP-nin hərəkətini sərt şəkildə tənqid edib.

Mitinq keçirilən salonda Türkiyə bayrağı ümumiyyətlə olmayıb. Azərbaycan bayrağındakı ayparanın görünməməsi üçün isə bayrağa düyün vurulub.

“HDP-nin bayraq düşmənliyi: Türkiyə bayrağını asmadığı kifayətlənməyib, ay ulduzlu Azərbaycan bayrağını da bağlayıblar”, - Mustafa Varank statusunda yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm