Azərbaycanda ən aşağı məzuniyyət 21 gün olacaq
Bizi izləyin

Nida.az

Azərbaycanda ən aşağı məzuniyyət 21 gün olacaq

Milli Məclis “Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Publika.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək diqqətə çatdırıb ki, sözügedən qanun layihəsinə iki dəyişiklik edilib: “Bunlardan biri texniki məsələdir. İkinci məsələ isə Azərbaycan vətəndaşlarının məzuniyyəti üçün önəmlidir. Belə ki, Azərbaycan vətəndaşları üçün bu qanuna uyğun olaraq ən aşağı məzuniyyət 21 gün elan ediləcək. Bu da Azərbaycan vətəndaşlarına xidmət edən dəyişiklikdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm