Nida.az
Fransa mediası Azərbaycana görə Brüsseli tənqid etdi
Fransanın nüfuzlu “Le Nouvel Observateur” qəzetində
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni
tənqid edən məqalə dərc edilib.
Publika.az xəbər verir ki, məqalədə Azərbaycanın
Avropa üçün dəyərindən bəhs edilir və bunu anlamayan siyasətçilər
tənqid olunur: “10 sentyabr tarixində Avropa Parlamenti qəbul
etdiyi qətnamə qərarında gələcəkdə Bakının Avropa İttifaqının əsas
ticarət potensialı ola biləcəyini unudulub. Lakin sözügedən
qətnamədə AP insan hüquqlarının müdafiəsi mövzusuna qırmızı xətt
çəkir. Əgər rəsmi Brüssel özünü insan hüquqları keşişçisi hesab
edirsə və gələcəkdə Bakı ilə müxtəlif formada əlaqələrini
gücləndirmək istəyirsə beynəlxalq münasibətlərdə vacib sayılan
fundamental amilləri nəzərə almalıdır. Qeyd etmək olar ki,
beynəlxalq münasibətlərdə təhdid qarşılıqlı münasibətlərə əks təsir
göstərir. Beləliklə sual yaranır ki, Avropa Birliyinin bu
üsullardan şərq sərhədlərində yerləşən dövlətlərə qarşı istifadəsi
nə dərəcədə AB maraqlarına cavab verir? Xatırlayın, Gürcüstan
NATO-ya qoşulmaq arzusunda olarkən Cənubi Osetiya və Abxaziyanı
itirdi, Ukrayna Avropa İttifaqı ilə əməkdaşlıq memorandumu
imzalayan dövrdə Krımın Rusiya tərəfindən işğalına məruz qaldı.
Bundan əlavə Rusiyanın regionda hegemonluğu keçmiş sovet ölkələrini
rəsmi Moskva ilə əlaqələrini gücləndirməyə sövq edir”.
Məqalənin müəllifi İlan Scialom qeyd edir ki, Azərbaycan Cənubi
Qafqazda yerləşən yeganə Şərq Tərəfdaşlığı ölkəsidir ki, nə Avropa
İttifaqı ilə, nə də Rusiyanın təsiri altında olan Avrasiya İttifaqı
ilə əməkdaşlığa dair assosiativ memorandum imzalamayıb.
“Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Azərbaycan ilə
münasibətlərin soyumasına səbəb olur və ölkəni Rusiya yönümlü
siyasət aparmağa sövq edir. Eyni zamanda belə bir qətnamənin qəbul
olunması digər qonşu dövlətlərə neqativ siqnal verir və onlarda
belə bir sənədin növbəti qurbanının hansı ölkə olacağı düşüncəsini
yaradır. Azərbaycan Avropa İttifaqı üçün regionda mühüm rol oynaya
biləcək ölkədir. Rusiya, İran və Türkiyə ilə həmsərhəd olması
Azərbaycanın mühüm strateji coğrafi mövqeyi olduğunu təsdiq edir.
Eləcədə bir neçə digər mühüm faktorlarla da Azərbaycanın Aİ üçün
əlverişli əməkdaş dövlət olduğunu sübut etmək olar. İlk olaraq bu
sırada TAP və TANAP layihələri vasitəsi ilə enerji təminatı, Xəzər
dənizi vasitəsilə Türkmənistan qazının Avropa İttifaqına
çatdırılması və eləcə də Azərbaycanın regionda terrorizmə qarşı
olan əməliyyatları vurğulanmalıdır. Bununla belə, ilk dünyəvi
müsəlman ölkəsi olan Azərbaycan Avropadakı tərəfdaşlarından
demokratik dəyərlərin təbliğinə dair aydın strategiyanın ortaya
qoyulmasını gözləyir. Təbii ki, insan hüquqları önəmli bir
faktordur, lakin belə bir sərt qətnamənin qəbul olunması gələcəkdə
bizə Putin hökumətinə yaxın Azərbaycan vəd edir”, - deyə müəllif
vurğulayıb.
Asif Nərimanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ