Nida.az
Daha bir NİDA-çı hərəkatdan istefa verdi
Üzeyir Məmmədli və Aygün Pəncəliyevadan sonra NİDA Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlu da hərəkat sıralarından istefa verib.
Publika.az xəbər verir ki, Ş. Novruzlu sosial
şəbəkədə istefası ilə bağlı bu fikirləri paylaşıb: “Bu gündən üzvü
olduğum NİDA Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. NİDA ilə
bağlı çoxlu xoş xatirələrim var və bunun belə də qalmasını
istəyirəm. İstefamla bağlı əlavə heç bir açıqlama
verməyəcəyəm”.
Qeyd edək ki, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum
edilmişdi. O, 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama,
partlayıcı maddə və qurğular əldə etmə) 28.1. (Cinayətə hazırlıq)
220.1 (Kütləvi iğtişaş) 234.1. ( Satış məqsədi olmadan qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak
miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə
ittiham olunub. 2014-cü il oktyabrın 17-də prezident İlham Əliyevin
imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Hərəkatdan istefa verən digər iki şəxs də istefa səbəblərini
açıqlamayıb.
Asif Nərimanlı
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO