Neft bazarı uğrunda müharibə başlayır: Azərbaycan tərəfini necə seçəcək?
Bizi izləyin

Nida.az

Neft bazarı uğrunda müharibə başlayır: Azərbaycan tərəfini necə seçəcək?

Avropanın qaz bazarı uğrunda mübarizədə qaz amili ilə yanaşı, neft faktoru da ön plana çıxır.

Publika.az xəbər verir ki, “Röyters” agentliyi Rusiyanın Avropa bazarı uğrunda mübarizəni genişlətdiyini yazır: “Moskva Səudiyyə Ərəbistanının Avropa bazarına çıxışını qəbul etmək istəmir və bu istiqamətdə amansız rəqabət gedir”.

Agentlik qeyd edir ki, Moskva ilə Ər-Riyadın Suriyada fikir ayrılığı Avropa bazarına münasibətdə də özünü göstərir: “Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu günlərdə Səudiyyə kralının oğlu, regionda təhlükəsizlik siyasətinin hazırlanmasında əsas fiqur olan ibn Məhəmmədlə müzakirələr apardı. Rusiya oktyabrın 21-də OPEK ölkələrinin müşavirəsində iştirak edəcək. OPEK-ə daxil olmayan 8 ölkə var. Bunlar Rusiya, Azərbaycan, Qazaxıstan, Braziliya, Kolumbiya, Meksika, Norveç və Omandır. Müşavirədə Venesuela aşağı keyfiyyətli neftin bir barelinin 70 dollar qiymətində saxlanılması üçün yeni strategiya təklif edəcək. Küveytin neft sənayesi naziri də çərşənbə axşamı bildirdi ki, OPEK bu strategiyanı müzakirə edəcək”.

“Röyters” əlavə edir ki, söhbət neft xammalı bazarı uğrunda mübarizədən gedir.

“Dünyada ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı ildə təxminən 20 milyon ton xammalı Polşaya çatdırmaqla Rusiyanı bu bazardan çıxarmağa başlayıb”, - deyə agentlik qeyd edib.

Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, qlobal neft bazarları uğrunda həmişə rəqabət olub: “Lakin indi bu rəqabət daha amansızdır. Biz görürük ki, Səudiyyə Ərəbistanı neft bazarında rəqabətlə bağlı öz strategiyasını reallaşdırır”.

Novak gözləyir ki, 2016-cı ilin ikinci yarısında neft bazarında tarazlıq yaranacaq. Onun sözlərinə görə, bu ilin üçüncü rübü ərzində tələbat təklifdən üstün idi.

“Röyters” yazır ki, neft bazarı uğrunda mübarizə yeni müharibələrə də yol aça bilər: “Xüsusilə Yaxın Şərqdə üz-üzə gələn neft ölkələri üçün bu qaçılmaz hala çevriləcək. Neft istehsal edən daha kiçik ölkələr üçün də çətin dönəm başlaya bilər və onlar tərəf seçməkdə çətinlik çəkəcək”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm