Müsavatdan Gültəkin Hacıbəyliyə sərt ittihamlar: “Visa" kartla ödəniş edib...”
Bizi izləyin

Nida.az

Müsavatdan Gültəkin Hacıbəyliyə sərt ittihamlar: “Visa" kartla ödəniş edib...”

Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının qardaşı Mustafa Hacıbəyli Milli Şura üzvü Gültəkin Hacıbəylini sərt tənqid edib.


Publika.az xəbər verir ki, M. Hacıbəyli Müsavat partiyasının saytında “Gültəkin Hacıbəyliyə açıq sual” başlıqlı məqalə yayımlayıb.


Bu gün iqtidarda təmsil olunan hansısa bir şəxsin bir neçə il sonra müxalifətçilərə mübarizə və mənəviyyat dərsi keçməsinin şahidi olsanız, heç təəccüblənməyin. Çünki bir neçə il əvvələ qədər hakimiyyətin yanında yer alan, Avropa Şurasında ehtiraslı çıxışlar edən insanlar var ki, ya zəlzələdən, ya vəlvələdən iqtidardakı mövqelərini itirdikdən sonra müxalifətə keçiblər və bu gün müxalifətçilərə mübarizə və mənəviyyat dərsi keçirlər.

Gültəkin Hacıbəyli kimi... Bu gün “Azadlıq” qəzeti yazıb ki, Gültəkin Hacıbəyli seçkiyə gedənləri “darmadağın” edib. Gültəkin Hacıbəyli 10 il deputat olub. Deputatlığı dövründə hakimiyyətin böyük etimadını qazanan Gültəkin Hacıbəyli Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub. Müxalifət “tövbənin qapısı açıqdır” prinsipilə belə bir şəxsi öz sıralarına qəbul edibsə, bu o deməkdirmi ki, həmin şəxsin on illər boyu həyatını mübarizəyə həsr etmiş insanlara mənəviyyat və mübarizə dərsi keçməyə haqqı var? Müxalifət prinsipiallığın plankasını o vaxt aşağı salıb ki, sıralarını genişləndirmək naminə belə şəxsləri düşərgəyə qəbul edib. Milli Şuranın sədri Cəmil Həsənli bu yaxınlarda yazıb ki, Gültəkin Hacıbəyli bütün həyatını Azərbaycana həsr edib. Hanı, ədalət uğrunda mübarizə aparacaqdınız? Budurmu ədalət?” - deyə M. Hacıbəyli qeyd edib.


Müsavat üzvü əlavə edib ki, Gültəkin Hacıbəyli “Visa” kartla gündəlik ödəniş edib öz “facebook” səhifəsində “layk” toplayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm