Nida.az
BAXCP sədri Ordubad seçiciləri ilə görüşdü - FOTOLAR
7 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Ordubad rayonunda seçicilərlə görüş keçirib.
Publika.az-ın məlumatına görə, seçici fəallığının yüksək olduğu görüşdə Qüdrət Həsənquliyev millət vəkili kimi fəaliyyətdə olduğu dövrdə gördüyü işlərdən, seçki platformasının əsas istiqamətlərindən söz açıb. BAXCP sədri rəhbərlik etdiyi partiya tərəfindən ictimaiyyətə təqdim edilən Konstitusiya islahatları layihəsi və digər sənədlər haqqında seçiciləri məlumatlandırıb.
Q.Həsənquliyev BAXCP-nin bu ilin noyabr ayında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzv qəbul ediləcəyini xatırladaraq bildirib ki, təmsil etdiyi partiya fəaliyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın milli maraqlarından çıxış edib. BAXCP sədri qeyd edib ki, partiyanın Avropanın nüfuzlu siyasi partiyalarının alyansında təmsil olunması Azərbaycan haqqında həqiqətlərin bu qurum çərçivəsində ifadə olunmasına geniş imkan yaradacaq.
Görüşün sonunda Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi