İŞİD-dən fərarilik edənlər Qafqaza dönür – ŞOK
Bizi izləyin

Nida.az

İŞİD-dən fərarilik edənlər Qafqaza dönür – ŞOK

Rusiya və İranın Bəşər Əsədə dəstək verməsindən sonra ağır zərbələr alan İŞİD-in sıralarından fərariliyin artması bir çox ölkələri narahat edir. Xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz kimi regionlarda ciddi narahatlıq var.


Publika.az xəbər verir ki, Rusiyanın “politrus” saytı İŞİD sıralarından fərarilərin sayının artdığını yazır.


Sayt qeyd edir ki, İŞİD tərkibində döyüşən ekstremistlərin ağır zərbələr aldıqdan sonra qaçaraq vətənlərinə qayıtması ciddi təhlükələrdən xəbər verir.


“Təhlükənin mövcud olduğu ölkələr Rusiya, Gürcüstan və Azərbaycandır. Hər üç ölkədən İŞİD daxilində döyüşənlər var. Rusiyanın Şimali Qafqaz regionunda İŞİD tərəfdarları çoxalıb. Şimali Qafqaz regionu ilə həmsərhəd olan Azərbaycanın şimal bölgəsində də bu cür ekstremistlər məskən salıblar. Hüquq-mühafizə orqanlarına ekstremistlərə qarşı ciddi tədbirlər görsə də, heç bir ölkədə onun rüşeymlərini məhv etmək hələlik mümkün olmayıb. Gürcüstanın Pankisi dərəsi də İŞİD dayaqlarının olduğu yerdir”, - deyə sayt bildirib.


Gürcüstanlı politoloq Zviad Mçedlişvili hesab edir ki, İŞİD daxilində döyüşüb sonradan vətənə qayıtmaq istəyən gürcü döyüşçülərin qarşısını almaq çətin olacaq: “Düşünmürəm ki, Gürcüstanın hüquq-mühafizə orqanları Suriyaya yola düşənlərin statistikasını aparır. Məsələ ondadır ki, bunu müəyyən etmək çətindir. Çünki çoxları Türkiyəyə iş arxasınca gedir və bir müddət işlədikdən sonra Suriyaya keçirlər. Hesab edirəm ki, bu proses təkcə Gürcüstan üçün deyil, bütün region üçün çətin olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm