• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Jurnalistlər mükafatlandırıldı - FOTOLAR

  • Nida.az
  • 17 Mart 2014 17:24
  • 714 Baxış
Jurnalistlər mükafatlandırıldı - FOTOLAR

Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun elan etdiyi "2014-cü il Novruz bayramı münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Publika.Az-ın məlumatına görə, mərasimdə fondun rəhbəri Vüqar Səfərli, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və bir sıra media qurumlarının rəhbərləri iştirak ediblər.

Mərasimi giriş sözləri ilə açan Vüqar Səfərli müsabiqə haqqında məlumat verərək bildirib ki, KİVDF jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir: “Jurnalistlərin son illərdə göstərdiyi fəaliyyət göz qabağındadır və biz bunu qiymətləndirmək üçün bir sıra müsabiqələr təşkil edirik. Belə müsabiqələrdən biri də bu il keçirdiyimiz Novruz Bayramı ilə bağlı yazı müsabiqəsidir. 2014-cü il üçün Novruz Bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə ümumilikdə 96 yazı təqdim olunub. Müsabiqə KİVDF-nin Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə 10 müsabiqə iştirakçısı həvəsləndirici mükafata layiq görülüb".

Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mükafata layiq görülənlər arasında "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov, "İki sahil" qəzetinin müxbiri Məhərrəm Əliyev, "Yeni Azərbaycan" qəzetinin müxbiri Hülya Məmmədli və digərləri olub.

Mükafatı qaliblərə Prezident Adminstrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və digər rəsmilər təqdim edib.

Qeyd edək ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilib.

Mərasim konsert proqramı ilə davam etdirilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR