Nida.az
Müsavatçı müşahidəçilərdən partiyaya ETİRAZ
Müsavat Partiyası 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsinin 7 və 8 saylı seçki məntəqələrindəki müşahidəçilərinin adından yalan məlumatlar yayır.
Trend-in məlumatına görə, bu barədə məlumatı Binəqədi Üçüncü Seçki Dairəsinin 7 və 8 saylı seçki məntəqələrindən veriblər.
Bildirilib ki, hər iki məntəqədə müşahidə aparan Müsavat Partiyasının müşahidəçiləri - Əzizov Əliş Təyyar oğlu və Hacıyev Sabit Ziyəddin oğlu heç bir qanun pozuntusunun baş vermədiyini bildirdiyi halda, partiyanın yaydığı bəyanatda onların dedikləri tam əksinə verilib: “Əslində, partiyanın müşahidəçiləri mərkəzi qərargaha seçkilərin normal keçdiyi ilə bağlı məlumat veriblər. Müsavat Partiyasının “bu məntəqələrdə həyata keçirilən “karusel” metodu nəticəsində seçicilərin aktivliyinin artırılmasına nail olmağa çalışması” barədə xəbəri bu partiyanın öz müşahidəçilərinin də təəccübünə səbəb olub”.
Buna görə də həmin müşahidəçilər partiya qərargahıyla əlaqə saxlayaraq onların adlarından yalan məlumatlar yayılmasına etirazlarını bildiriblər.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı