Xamneyi 920 məhbusu əfv edib
Bizi izləyin

Nida.az

Xamneyi 920 məhbusu əfv edib

Xamneyi 920 məhbusu əfv edib

İranın dini lideri ayətullah Əli Xamneyi martın 31-də 920 nəfər məhbusun tam əfv olunması və ya onların həbs müddətinin azaldılması ilə bağlı təklifi qəbul edib. “Media forum” saytının məlumatına görə, İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani ölkə liderinə məktub yazaraq həmin məhbusların işinə qurumun əfv komissiyasında baxıldığını, onların amnistiyaya düşməyə layiq olduğunu bildirib.

Əfv edilən məhbusların adları bilinmir, onların arasında tanınmış siyasi məhbusların olub-olmadığı haqda məlumat yayılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm