Nida.az
Qarsın azərbaycanlı merinin qohumu danışır - Özəl
Türkiyədə keçirilən bələdiyyə seçkilərində Millətçi Hərəkat
Partiyasından namizədliyi irəli sürülmüş əslən azərbaycanlı Murtaza
Karaçanta Qarsın bələdiyyə sədri seçilib. M. Karaçanta əslən Qərbi
Azərbaycandandır. Onunla qohum olan Azərbaycan Erməni Araşdırmaları
Mərkəzi və Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı
Qafar Çaxmaqlı Publika.Az – a açıqlamasında maraqlı faktlar
açıqlayıb. Belə ki, M. Karaçantanın əsli Qərbi Azərbaycanın Amasiya
bölgəsinin Qaraçanta kəndindəndir. Karaçanta soyadı da kəndin adı
ilə bağlıdır.
Q. Çaxmaqlı deyir ki, 1930-cı illərdə sovet hökuməti qurulsa da həmin bölgədə sərhədlər o qədər də bağlı deyildi: “Mən də eyni rayondanam. Bizim rayon Qars müqaviləsi ilə sovetlərin tərkibində qalmışdı. Sonradan həmin Qaraçanta kəndində Əzizbəyov adı verildi. İlk dövrlər sərhəddən rahat keçməyə icazə vermişdilər. Sonradan isə icazə ləğv edildi və sərhədi ancaq qaçaq yolla keçmək mümkün idi. Murtaza Karaçantanın ailəsi də Qaraçantadan Qarsa köçmüşdü. Lakin onları sərhəd bölgəsində qalıb əlaqələr qurmamaq üçün Muşa sürgün etdilər. Sonra yenidən Qarsa köçüblər. Onun qohumları da indi Türkiyənin müxtəlif bölgələrində məskunlaşıb. Hətta İzmirdə Azərbaycan Kültür Dərnəyinin rəhbəri Camal Məmmətxanoğlu da onun yaxın qohumudur”.
M. Karaçanta ilə sıx əlaqələrinin olduğunu deyən Q. Çaxmaqlı deyib ki, onun seçilməsi Azərbaycan, eləcə orda yaşayan Azərbaycan əsilli insanlar üçün xeyirdir.
“Qars çox mühümi yerdir. Qars tarixən Azərbaycan türklərinin ata-baba torpağıdır. Vaxtilə orda Qars Milli Şurası olub. 1919-cu ildə orda Cənub-Qərbi Qafqaz Respublikası yaradılıb. Bir növ Qars azərbaycanlıların ikinci demokratik cümhuriyyəti olub. Son vaxtlarsa Qarsda böyük köç yaşanır. Azərbaycanlıların böyük bir hissəsi oradan köçür. Bizim qohumlarımız da Qarsın özündə və Kırac, İbiş, Çaxmaq kəndlərində yaşayır. Onların bir çoxu Qərbə köçür. Hesab edirəm ki, Murtaza Karaçantanın seçilməsi bu köçün də qarşısı alacaq”-deyə o bildirib.
Q. Çaxmaqlı köçün səbəbləri barədə deyib ki, bundan əvvəlki bələdiyyə sədrləriı adətən azərbaycanlı olmurdu, bəzən də türk də deyildilər: “Onlar da bizim camaatı burunlayır, əslində bölgəni tərk etməyə məcbur edirdilər. Oranın iqlimi də pisdir, buna görə də insanlar daha rahat yaşayış olan yerlərə köçməyə üstünlük verirlər”.
Onun fikrincə, M. Karaçantadan əvvəlki bələdiyyə sədrinin
ermənilərlə münasibətləri yaxşı olub.“Hətta dövlətin siyasəti
olmasa belə sərhədləri açmaq üçün imza toplayırdı. Qarsla Gümrünü
qardaşlaşmış şəhər etməyə çalışırdılar. Orda Rəcəp Tayyib Ərdoğanın
dediyi kimi əcaib heykələ bənzər qardaşlıq abidəsi qoymuşdular.
Yaxşı ki, MHP buna qarşı çıxdı və abidəni sökdülər. Bu işlərdə
Murtaza Karaçantanın da əməyi çox oldu. Hesab edirəm ki, onun yeni
sədr seçilməsi bir çox məsələləri həll edəcək”-deyə Q. Çaxmaqlı
vurğulayıb.
Asif
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."