Ağsuda binalar əsaslı təmir olunacaq
Bizi izləyin

Nida.az

Ağsuda binalar əsaslı təmir olunacaq

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illər Ağsu şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, İdman Kompleksi, 3000 yerlik şəhər stadionu, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi əsaslı təmir olunmuş, şəhərin su təchizatı sistemi, şəhərdaxili avtomobil yolları yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Publika.az-ın xəbərinə görə, Sərəncamda qeyd olunur ki, Ağsuda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 33 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağsu rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm