Nida.az
Ekspert: “Qarabağda böyük müharibə gözlənilir”
“Dağlıq Qarabağda böyük müharibənin gözləntiləri
artır”.
Publika.az xəbər verir ki, bu barədə “Realpolitik”
akademiyasının rəhbəri, Hərbi elmlər akademiyasının eksperti
Vladimir Proxvatilov deyib.
Onun sözlərinə görə, münaqişə zonasında atəşkəs rejiminə riayət
olunmur: “Tərəflər bir-birini ittiham edirlər. Maraqlıdır ki,
Azərbaycan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı “qətiyyətli ölçülər
götürüləcək” açıqlamasından bir neçə saat sonra Rusiyanın
Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki konsullarını geri
çağırdı. Əldə etdiyim informasiyalara görə, rəsmi Bakı Dağlıq
Qarabağ məsələsində Rusiyanın Ermənistana dəstəyini kəsmək üçün
fəal iş aparır. Ermənistanda isə hələ də Rusiyanın söz verdiyi 200
milyon dollarlıq silahın gəlmədiyi haqda narahat dolu açıqlamalar
verilir. Erməni ekspertlər hesab edirlər ki, Rusiya silahları
verməsə, o zaman İrəvan alternativ mənbələrdən silah almağa məcbur
olacaq. Ermənistana silahların verilməməsi Kremlin Dağlıq Qarabağla
bağlı mövqeyinin dəyişmədiyini göstərir. Azərbaycanla müharibə
olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da
Ermənistana dəstək verməyə bilər. Mənim Ermənistandakı mənbələrim
bildirirlər ki, Rusiya Ermənistana qarşı cəbhədə yer alarsa,
nəticələr gözlənilməz olacaq”.
Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsindən, Rusiya
və İsraildən alınan hərbi texnikalardan danışan ekspert Cənubi
Qafqazda qızğın siyasi proseslərin baş verdiyinə diqqət çəkir.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu