Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlandı
Bizi izləyin

Nida.az

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlandı

Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada görüşəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya paytaxtındakı diplomatik mənbə bildirib.

Mənbə bildirib ki, görüş iki ölkənin prezidentləri və Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.

Amma Ermənistanın ATƏT-dəki diplomatik nümayəndəsi informasiyanı təsdiq etməyib. Onun sözlərinə görə, onlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında informasiyalar yoxdur. Ermənistan prezidenti Vladimir Akopyan da prezidentlərin görüşü barədə informasiyanı təsdiq etməyib.

“RİA-Novosti” agentliyinə Azərbaycan prezident administrasiyasından bildirilib ki, Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün tarixi barədə məlumat yoxdur.

“Hələlik görüşün tarixi haqqında dəqiq informasiya yoxdur”, - administrasiyadan deyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm