Roqozin Azərbaycana gəlir
Bizi izləyin

Nida.az

Roqozin Azərbaycana gəlir

Rusiya baş nazirinin müavini Dmitri Roqozin mayın 17-də Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.

“Rusiya baş nazirin müavini Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycana may ayında gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə ediləcək”, - mənbə deyib.

Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişə ətrafında yaranan vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Roqozin Rusiyada hərbi sənaye sahəsini kurasiya edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm