• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşdü - FOTOLAR

  • Nida.az
  • 15 May 2016 12:37
  • 493 Baxış
Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşdü - FOTOLAR

Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz ilə ikitərəfli formatda danışıqlar aparılması üçün görüşüb.

Publika.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.

Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>