Erməni politoloq: “Ya da Azərbaycan bizi məhv edəcək...”
Bizi izləyin

Nida.az

Erməni politoloq: “Ya da Azərbaycan bizi məhv edəcək...”

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü öncəsi erməni politoloq Ara Papyan müharibə çağırış edib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, “Modus Vibvendi” analitik mərkəzinin rəhbəri mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll ediləcəyini bildirib.

“Azərbaycan erməni qoşunlarının bütün bu ərazidən çıxarılması məsələsini qoyur. Qarabağ məsələsi danışıqlar yolu ilə həll edilə bilməz. Beləliklə, məsələ çox sadədir: ya biz Azərbaycanı, və ya Azərbaycan bizi məhv edəcək”, - Papyan qeyd edib.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək. Görüşdə Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri də iştirak edəcək. Görüş öncəsi ermənilərin bəyanatı danışıqlar prosesini kimin pozduğunu bir daha nümayiş etdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm