• USD 1,7003 0,00% EUR 2,0028 -0,26%
    • GBP 2,2538 -0,28% RUB 0,0297 0,00%

Qarabağda yeni müharibə forması: Vyana görüşünün pərdəarxası

  • Nida.az
  • 18 May 2016 16:30
  • 2 916 Baxış
Qarabağda yeni müharibə forması: Vyana görüşünün pərdəarxası

“Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi tam olaraq nizamlanmayıb, təmas xəttində atışmalar davam edəcək”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı analitik Oleq Kuznetsov Vyana görüşünü şərh edərkən deyib.

Onun fikrincə, Vyana görüşü indiyə qədərki görüşlərdən heç nəyi ilə fərqlənmir: “Hansı ki, prezidentlərin əvvəlki görüşlərində də xoşniyyətli bəyanatlar səsləndirilir, amma heç vaxt yerinə yetirilmirdi. Biz 20 il boyunca təmas xəttində müharibənin yetişməsi prosesini müşahidə etmişik. Bu görüş mənə sıradan bir hadisə kimi gəlir. Görüşdən dərhal sonra təmas xəttində hər iki tərəf əsgər itkisi verdi. Bu münaqişə zonasında gərginliyin düşmədiyini göstərdi”.

O.Kuznetsov qeyd edir ki, Vyanada İrəvanın sülhpərvər obrazını yaratmağa cəhd edildi.

“Amma hər birimiz bunun belə olmadığını yaxşı anlayırıq. Hesab edirəm ki, Dağlıq Qarabağda müharibə qanunları yenə hökmranlıq edir və Vyana görüşü də bu müharibənin qarşısını ala bilməyəcək. Ən azından intensiv olaraq atışmalar davam edəcək. Müşahidə kameraları da yalnız texnikanın hərəkətini izləyə biləcək. Birbaşa səngərdə baş verənləri görə bilməyəcək. Əslində tərəflər beynəlxalq nəzarətdən yayınaraq müharibə aparmaq üsullarını təkmilləşdirəcəklər. İndiyə qədər bunun təcrübələri yaşanıb”, - deyə politoloq diqqətə çatdırıb.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>