Ərdoğan Bakı səfərindən dərhal sonra Putinlə əlaqə saxlayacaq - Şərh
Bizi izləyin

Nida.az

Ərdoğan Bakı səfərindən dərhal sonra Putinlə əlaqə saxlayacaq - Şərh

“Ərdoğanın Bakı səfəri regionun gələcək taleyi ilə əlaqədar məsləhətləşmələr xarakteri daşıyır”

“Son günlər Azərbaycan mətbuatında Ərdoğanın səfərinin səbəbləriylə bağlı informasiyalar həqiqəti əks etdirmir”. Publika.Az xəbər verir ki, bunu politoloq Adıgözəl Məmmədov Ərdoğanın seçkidən dərhal sonra Bakıya gəlməsinin guya Gülən camaatının biznes imperiyasını tam şəkildə dağıdacağı və onun Azərbaycandakı tərəfdaşı olan ARDNŞ prezidenti Rövnaq Abdullayevi işdən çıxarılmasını istəyəcəyini bildirəcəyiylə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, bu tipli məsələlər dövlətlərarası münasibətlər kontekstində həll olunmur: “Ona görə də hesab edirəm ki, Ərdoğanın səfəri daha ciddi mətləblərdən xəbər verir. Belə ki, regionda baş verən siyasi və iqtisadi kataklizmlərlə bağlı çox ciddi siqnallar var. Qərbin, o cümlədən də Türkiyənin bizim regionla bağlı strateji maraqları var. Azərbaycan türk dünyasına açılan bir pəncərədir və bu region həmçinin alternativ nəqlliyat kolidorudur. İstənilən halda, bu, Avrasiya enerji və nəqliyyat koridorunun təhlükəsizliyinin qorunması Türkiyə ilə Qərbin maraqlarını birləşdirir. Əlbəttə, Türkiyənin birbaşa özünün maraqları zaman -zaman Qərbin maraqları ilə də çarpışır. Ancaq Türkiyə geosiyasi konstruksiyalar baxımından Qərb və ABŞ-dan fərqli olaraq, regionda yeterincə manevr etmək imkanlarına sahibdir. Türk baş nazirinin Rusiya prezidenti Vladimir Putinlə şəxsi dostluğu buna bariz bir nümunədir.

Hər iki liderin qarşılıqlı inama dayanan işgüzar münasibətləri var . Nəzərə almaq lazımdır ki, son dövrlər bəzi hallarda bu iki lider müəyyən siyasi məsələlərdə, hətta eyni mövqedən çıxış etməslər belə, strateji niyyətlərdə ümumi dil tapa bilirlər.Son dövrlər ABŞ və Rusiya arasında həmin ümumi dil mövcud deyil. Ərdoğanın Bakı səfəri geosiyasi yükə malikdir və regionun gələcək taleyi ilə əlaqədar məsləhətləşmələr xarakteri daşıyır. Ona görə də türk baş nazirinin Azərbaycan səfərindən sonra Rusiya prezidenti V.Putinlə təmasa kecəcəyini də istisna etmirəm. Mən düşünürəm ki, Ərdoğan kimi ciddi siyasətçi məhz bu gərginliyi aradan götürmək üçün Bakıya gəlir. Ərdoğan olduqca usta bir siyasətçidir. O, Bakı səfərindən maksimum nəticə almağa çalışacaq və buna da inanıram ki, nail olacaq. Əlbəttə, bu gərginliyin soyudulmasının nəticəsi olaraq, Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri üçün yeni üfüqlər görünəcək. Ona görə də biz daha çox ikitərəfli münasibətlərə diqqət etməliyik. Bu həm Azərbaycan-Türkiyə, həm də Azərbaycan- Rusiya münasibətlərinə öz təsirini göstərəcək”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm