Nida.az
Nazir: Ermənistanın təcavüzkar siyasəti irimiqyaslı iqtisadi layihələrə böyük təhlükədir
Mayın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotıqa ilə görüşüb.
Publika.az xəbər verir ki, cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən təxribatları, Azəbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlardan, o cümlədən beynəlxalq konvensiyalarla qadağan olunan sursatlardan istifadə edilməsi faktlarını qonağın diqqətinə çatdırıb.
Müdafiə naziri, beynəlxalq birlik, o cümlədən Avropa təsisatları tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq müddətdə erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qaldığını da bir daha xatırladıb.
"Ermənistanın yürütdüyü təcavüzkar siyasət Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Beynəlxalq qurumlar və ictimaiyyət ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nəhayət ki, mütləq surətdə səylərini artırmalıdırlar", - deyə nazir bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu
ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman
dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini
xüsusi vurğulayıb.
Sülhməramlı əməliyyatlara verdiyi töhfəyə, Əfqanıstandakı
missiyanın peşəkar səviyyədə icra olunmasına görə Azərbaycana dərin
minnətdarlığını ifadə edən xanım A.Fotıqa ölkəmizin terrorizmə
qarşı mübarizədə fəallığını da yüksək qiymətləndirib.
Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə Azərbaycanın önəm verdiyini vurğulayan qonaq ölkəmizin ciddi və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib.
Sonda qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."