Nida.az
Azərbaycanın xarici işlər naziri 16-cı Doha Qlobal Forumunda çıxış edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada məruzə ilə çıxış edib.
Nazir Elmar Məmmədyarov çıxışında beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında ölkəmizin rolu, ekstremizm və terrorizmə qarşı mübarizədə verdiyi töhfə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib.
Müasir dünyada baş verən dramatik dəyişikliklər nəticəsində dünya ölkələrinin üzləşdiyi hərbi təcavüz və qanunsuz işğal kimi ənənəvi təhdidlərlə yanaşı, kiberterrorizm, kütləvi miqrasiya kimi qeyri-ənənəvi problemlərin beynəlxalq və regional təhlükəsizlik arasında sərhədləri aradan qaldırdığını qeyd edən bu problemlərlə effektiv mübarizə aparmaq yolları haqqında danışıb.
E.Məmmədyarov dünyada baş verən ədalətsizliklərin aradan qaldırılması məqsədilə gücün deyil, hüququn hökmranlıq etməsinin əsas olduğunu bildirərək, dünya birliyi tərəfindən beynəlxalq hüquqa tam əməl olunması üçün effektiv mexanizmlərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda, Ermənistan tərəfindən iyirmi faizdən çox ərazilərimizin işğal olunması və ölkə əhalisinin hər doqquz nəfərdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə bağlı Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizlik haqqında danışaraq, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, işğal faktına son qoyulmadığını, ölkəmizə münasibətdə ədalətsizliyin hələ də davam etdiyini təəssüflə qeyd edib.
E. Məmmədyarov son dövrlər kütləvi xarakter alan miqrasiya böhranına toxunaraq, problemin müharibələr deyil, həmin ölkələrin üzləşdiyi iqtisadi çətinliklərdən qaynaqlandığını diqqətə çatdırıb. Miqrasiya böhranının səmərəli həlli üçün davamlı inkişaf yolu ilə iqtisadi şərait və imkanların yaradılmasının vacibliyini bildirib.
Nazir, həmçinin multikulturalizm ideyaları, onların təşviq olunmasının əhəmiyyətinə toxunaraq, ölkəmizin dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu nəzərə çatdırıb.
Ekstremizm və terrorizmlə mübarizədə əməkdaşlıq haqqında danışan nazir Elmar Məmmədyarov beynəlxalq və regional təhlükəsizliklə bağlı təhdidləri dəf etmək üçün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının ən vacib şərt olduğunu vurğulayıb.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır