Leyla Əliyeva Londonda sərgidə - FOTOLAR
Bizi izləyin

Nida.az

Leyla Əliyeva Londonda sərgidə - FOTOLAR

IDEA-nın təşəbbüsü ilə Londonda "Canlı həyat" adlı sərgi açılıb.

Mayın 25-də Londonda IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə "Canlı həyat" (Live Life) adlı sərgi açılıb.

Sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Ekspozisiyada IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın, rəssamlar Rahim Çopurov, Nailə Sultan, Culian Melkiori, Məryəm Ələkbərli, Ləman Həsənova, Nok Kural, videoqraf Timur Özdəmirov və fotoqraf Teo Allofzun əsərləri nümayiş olunur.

Sərgi iyunun 26-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm