Nida.az
İlham Əliyev: Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir
"Daxili siyasətlə bağlı ilk növbədə, Azərbaycanda bundan
sonra da təhlükəsizlik və sabitlik təmin edilməlidir. Təhlükəsizlik
və sabitlik. Bu iki amil olmasa heç bir ölkə inkişaf edə
bilməz".
Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika
Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik lazımi
səviyyədə təmin edilir: "Azərbaycan xalqı təhlükəsizlik şəraitində
yaşayır. Xüsusilə, indiki şəraitdə, - dünyada gedən prosesləri biz
görürük, - bu, yüksək qiymətə layiq olmalıdır. Sabitliyə gəldikdə
isə, bunun təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqı dövlət
siyasətini dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir və
əlbəttə, Azərbaycan xalqı ölkəmizin seçiminə sadiqdir. Azərbaycan
xalqı istəyir ki, sabitlik möhkəmlənsin, Azərbaycan daha da
güclənsin. Ona görə sabitliyin təminatçısı Azərbaycan xalqıdır,
onun iradəsidir".
İlham Əliyev bildirib ki, demokratiyanın inkişafı hər bir ölkə üçün
böyük önəm daşıyır, o cümlədən Azərbaycan üçün: "Hesab edirəm ki,
biz bu istiqamətdə də böyük uğurlara nail olmuşuq. Azərbaycanda
bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, bütün
azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma
azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir
məhdudiyyət yoxdur və olmayacaq. Bu da qarşıya bir vəzifə kimi
qoyulur ki, biz gələcəkdə də demokratik inkişafa sadiq
olmalıyıq".
Prezident vurğulayıb ki, əgər təhlükəsizlik və sabitlik olmasa,
əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət
belə gedə bilməz: "Biz bunu yaxın tarixdən görürük. Ancaq indi bunu
bütün dünya görür. Həm MDB məkanında, Avropada, Yaxın Şərqdə, həm
də bizim qonşuluğumuzda çox təhlükəli proseslər gedir. Demokratik
normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini
zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır.
Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə
qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham
etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya
zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs
bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə
döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur.
Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar
rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan
ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər
demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə
döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir.
Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə
yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar
siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb.
Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir.
Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi
kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz
yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin
daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili
işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir.
Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə
idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi
rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və
Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın
müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır".
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO