Tağı Əhmədova yeni vəzifə verilir - Yeniləndi
Bizi izləyin

Nida.az

Tağı Əhmədova yeni vəzifə verilir - Yeniləndi

Tağı Əhmədova vəzifə verilir – Zaur Hüseynovun təklifi


Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov yeni vəzifəyə təyin ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib.

T. Əhmədov bu barədə Publika.Az -a bildirib ki, o ümumiyyətlə danışmaq istəmir: “Heç bir şey deyə bilmərəm”.
Daha sonra o, telefonu söndürüb.

Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, T. Əhmədova rəhbər postunu tərk etdiyi metropolitendə müavin postu təkil edildiyi haqqında xəbərlər yayılıb. Məlumatlara görə, bu ay ərzində prezident İlham Əliyev QSC-nin yeni əsasnaməsinin tətbiqi ilə bağlı sərəncam verəcək və bununla da Tağı Əhmədovun müavin postuna sahiblənməsi rəsmiləşəcək.

Xatırladaq ki, Tağı Əhmədov “Bakı Metropoliteni”nin rəisi olub. Bu il fevralın 26-da isə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti ləğv edilərək, onların bazasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun sədri isə Zaur Hüseynov təyin olunub.

Asif

11.07

Bir müddət əvvəl “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar vəzifəsini itirən Tağı Əhmədova yeni vəzifə təklif edilib. AzNews.az-a daxil olan məlumata görə, QSC-nin sədri Zaur Hüseynov “Bakı Metropoliteni”nin sabiq “şefi” ilə bir yerdə işləməyi məqsədəuyğun hesab edərək, bununla bağlı yuxarı instansiyaya təklif ünvanlayıb. Təklifdə qurumun sədr müavini postuna Tağı Əhmədov təyin olunması istənilir, bununla bağlı müvafiq əmrin verilməsi xahiş edilir.

Məlumatda bildirilir ki, bu ay ərzində prezident İlham Əliyev QSC-nin yeni əsasnaməsinin tətbiqi ilə bağlı sərəncam verəcək və bununla da Tağı Əhmədovun müavin postuna sahiblənməsi rəsmiləşəcək.

Xatırladaq ki,Tağı Əhmədov “Bakı Metropoliteni”nin rəisi olub. Bu il fevralın 26-da isə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti ləğv edilərək, onların bazasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun sədri isə Zaur Hüseynov təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm