Sarkisyan Dağlıq Qarabağla bağlı mövqeyini dəyişir - İddia
Bizi izləyin

Nida.az

Sarkisyan Dağlıq Qarabağla bağlı mövqeyini dəyişir - İddia

Sarkisyan Dağlıq Qarabağla bağlı mövqeyini dəyişir - İddia

Ermənistan prezidenti Serj Sarkisyan baş nazir Tiqran Sarkisyanın başçılıq etdiyi hökumətin istefasını qəbul etdikdən sonra hökumətin tərkibində əhəmiyyətli dəyişikliklərin ediləcəyini bildirib. O, həmçinin bir çox məsələ və problemlərə yeni baxışın lazım olduğunu söyləyib.

Publika.Az – ın verdiyi xəbərə görə, “Lragir” qəzeti hökumətin iqtisadi blokunda yer alan üzvlərin hökumətdən gedəcəyinin daha çox ehtimal olunduğunu yazıb.

Hökuməti tərk edə biləcək şəxslər arasında ədliyyə nazirinin də adı çəkilir. Qəzet qeyd edir ki, hazırda cababı axtarılan əsas sual xarici işlər naziri Edvard Nalbandyan və energetika naziri Armen Movsisyanın postunda qalıb-qalmayacağı ilə bağlıdır.

Energetika naziri vəzifəsini müvəqqəti icra edən A.Movsisyan 13 ildən çoxdur ki, bu postda işləyir.

“O, bu vaxt ərzində bir çox sənədləri imzalamağa vaxt tapıb. Bu sənədlərdə Ermənistanın energetika sisteminin Rusiyaya verilməsi əksini tapıb. Qərarlar sözsüz ki, daha yüksək səviyyədə qəbul edilirdi. Amma Armen Movsisyan hər şeyi etdi ki, Ermənistanda energetikası olmasın. Energetika sisteminin Rusiyaya təslim edilməsi Ermənistanın daxili siyasətini müəyyənləşdirirdi. Ermənistanda artır energetika sahəsi yoxdur. Nazirlik bundan sonra formal vəzifə yerinə yetirəcək”.

“Lragir” E.Nalbandyanın başçılıq etdiyi qurumun da Rusiya Xarici İşlər Nazirliyinin əlavəsinə çevrildiyini bildirib:

“Ermənistan suveren xarici siyasətsiz qaldı. Məhz onun nəticəsidir ki, Avropa İttifaqı ilə aparılan üçillik danışıqlardan sonra siyasi vektor birdən-birə dəyişdirildi və Gömrük Şurasına üzvlüyün məqsədəuyğun olduğu bildirildi. Edvard Nalbandyan Ermənistan “xarici siyasəti”nin sıfır üzü oldu. Əgər Serj Sarkisyan həqiqətən “yeni baxış” haqqında düşünürsə, o halda Ermənistan xarici siyasətinin üzünü dəyişdirmək lazım gələcək. Bu həm də erməni-türk və Dağlıq Qarabağ prosesləri ilə bağlı Ermənistanın mövqeyinə yenidən baxmağa imkan verəcək”.

Erməni nəşri E.Nalbandyanın rəhbərliyi altındakı erməni diplomatiyasının onurğasız bədəni xatırlatdığını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm