Nida.az
Müdafiə Nazirliyinin Bakı iclası barədə rəsmi məlumatı
Aprelin 8-də Bakı şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
iclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus
Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası
Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib.
Nümayəndə heyətlərinin rəhbərləri - Azərbaycan Respublikası Müdafiə
nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi,
general-polkovnik Nəcməddin Sadıkov, Rusiya Federasiyası Müdafiə
nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi,
ordu generalı Valeri Gerasimov, Belarus Respublikası Silahlı
Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-mayor İqor
Lavrinenko, Müdafiə nazirinin birinci müavini - Qazaxıstan
Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi,
general-polkovnik Saken Jasuzakov, Qırğızıstan Respublikası Silahlı
Qüvvələri Baş Qərargah rəisinin birinci müavini polkovnik İlyazbəy
Subankulov və onları müşayiət edən şəxslər əvvəlcə Fəxri xiyabanda
Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın
məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və
ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının məzarlarını
ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
İclasın gündəliyinə uyğun olaraq nümayəndə heyətləri hərbi sahədə
əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə ediblər.
İclas iştirakçıları tərəfdaşlıq münasibətləri əsasında hərbi sahədə
qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə 2020-ci
ilədək MDB-nin üzvü olan dövlətlərin hərbi əməkdaşlığının
inkişafına konseptual yanaşma məsələlərini razılaşdırıblar.
MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah
Rəisləri görüşdə hərbi təyinatlı birgə sistemlərin gələcək
inkişafı, o cümlədən, MDB iştirakçı ölkələrin Müdafiə
nazirliklərinin Dövlət radiolokasiya tanınma birgə sisteminin
təkmilləşdirilməsi, radioloji, kimyəvi və bioloji vəziyyətə nəzarət
və qiymətləndirmə Birləşmiş sisteminin inkişafı məsələlərini
müzakirə ediblər.
Humanitar minatəmizləmə məsələlərinin vacibliyini nəzərə alaraq MDB
iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri
Komitəsi humanitar minatəmizləmə tapşırıqlarının yerinə yetirilməsi
dövründə MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələri mühəndis
qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşmanın
layihəsini razılaşdırıb, o cümlədən, humanitar minatəmizləmə Birgə
mühəndis taboru haqqında müzakirələr aparılıb.
Birlik çərçivəsində çoxtərəfli hərbi əməkdaşlığın prioritet
istiqamətlərindən biri MDB hava hücumundan müdafiə sahəsində
araşdırmalar və MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin
maraqları üçün geoməkan məlumatların mübadiləsi sahəsində
əməkdaşlıq iştirakçılar tərəfindən xüsusi qeyd edilib.
Nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü olan dövlətlərin
Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planını
razılaşdırıb və MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin
hərbi qulluqçularının səhra (hava, dəniz) hazırlığı üzrə
yarışlarının təşkil edilərək keçirilməsini təsdiq ediblər. O
cümlədən, Rusiya Federasiyası Silahlı Qüvvələri panton-körpü
bölmələrinin və MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin
hərbi qulluqçularının birgə iştirakı ilə Ümumordu yarışının
keçirilməsi təklif olunub. Gündəliyə daxil edilən sualların
müzakirəsi zamanı keçiriləcək birgə tədbirlər və yarışların dost
ölkələrinin hərbi bölmələrinin qarşılıqlı praktiki əlaqələrinin
artmasına imkan yaradacaq.
MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah
Rəisləri Komitəsinin Bakı şəhərində təşkil olunmuş növbəti iclası
konstruktiv və işgüzar şəraitdə keçirilib.
İclasda qəbul olunmuş qərarlar ümumi, regional və milli maraqlar
nəzərə alınmaqla qarşılıqlı fəaliyyət formatında çoxtərəfli hərbi
əməkdaşlıq sisteminin inkişafına istiqamətlənib.
Sonda sənədlərin imzalanması mərasimi keçirilib, xatirə şəkli
çəkdirilib. Tədbirin sonunda MDB-nin üzvü olan dövlətlərin Silahlı
Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasının yekunlarına
dair kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat
verilib.
Bununla da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin
Qərargah Rəisləri Komitəsinin növbəti iclası sona çatıb.
İclas iştirakçıları Azərbaycan Respublikasının Baş naziri Artur
Rasi-zadə ilə də görüşüblər.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər