İbad Hüseynov ittihamlara cavab verdi: “Sadəcə utanıram”
Bizi izləyin

Nida.az

İbad Hüseynov ittihamlara cavab verdi: “Sadəcə utanıram”

Keçmiş döyüşçü İbad Hüseynov Milli Ordunun 708-ci briqadasının keçmiş döyüşcülərinin böyük bir qrupu Azərbaycan ictimaiyyətinə ünvanladığı müraciətə cavab verib.

Publika.Az xəbər verir ki, İ. Hüseynov “Facebbok” səhifəsində yazıb ki, bu gün Xocavənd və Beyləqan ərazisində bayraqlar mənim sayəmdə dalğalanır:

“O səngərlər mənim qanım bahasına qazılmışdır. Monte hələ də bəzilərini narahat edir. Onların yerinə sadəcə utanıram. Onlar Monteni təbliğ etməkdənsə, öz döyüş yollarından yazsaydılar, daha yaxşı olardı. Mənim atdığım addımları, gördüyüm işləri, etdiyim əməlləri danmalıyammı? Anlamıram bu insanları. Melkonyana kimi saysız döyüşlərim, əməliyyatlarım olub. Döyüşdüyüm ərazidə bütün döyüşlərin önündə olmuşam və bütün kəşfiyyatlara da mən getmişəm. Yaralanana qədər. Mən yaralanandan sonra da müharibə səngiməyə başladı, sonra da atəşkəs elan edildi”.

İ. Hüseynov qeyd edib ki, həmin əməliyyatlarda tək olmayıb. “Bu əməliyyatlarda mən tək olmamışam, çoxsaylı insanlar olub. Maraqlananları onlarla görüşdürə bilərəm. Yazı yazmaq, özünü reklam etmək asandır. Mən yazı da yazmıram, reklam da etmirəm. Bu gün bizim əsgərlərin dayandığı səngərlər ermənilərin 300 metrdə dayanır. Amma o zamanlar ermənilərin 10-15 m kilometrində dayanırdıq. Mən narazılıqlara baxmayaraq, səngərləri qazdım və geri dönərkən tank əleyhinə minaya düşdüm və sağlamlığımı itirdim. Allah, bu mövzuda yazanların canı ağrısa heç yazı yazmazlar. Mən döyüşmüşəm, sağlamlığım itirmişəm. Xalqın gözü tərəzidir”-deyə keçmiş döyüşçü bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm