• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Yunanıstanla əməkdaşlığın inkişafı müzakirə olundu

  • Nida.az
  • 12 Aprel 2014 16:19
  • 419 Baxış
Yunanıstanla əməkdaşlığın inkişafı müzakirə olundu

Gənclər və İdman Nazirliyinin nümayəndə heyətinin Yunanıstana rəsmi səfəri çərçivəsində YUNESKO-nun xoşməramlı səfiri, "Marianna Vardinoyannis Fondu"nun rəhbəri xanım Marianna Vardinoyannis Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevi və Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayevi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan-Yunanıstan xalqları arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən xanım M.Vardinoyannis bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyini vurğulayıb.

O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyə sahəsində fəaliyyətinin nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da geniş vüsət aldığını bildirib.

M.Vardinoyannis Azərbaycana dəfələrlə səfər etdiyini və ölkəmizə, xalqimiza, adət-ənənələrimizə heyranlığını dilə gətirib. Azərbaycan musiqiçilərinin Yunanıstanda verdiyi xeyriyyə konsertindən böyük həzz aldığını deyən xanım Azərbaycanın Yunanıstandakı səfirliyinin də fəaliyyətini yüksək qiymətləndirib.

İ.Babayev iki ölkə arasında gənclərin əlaqələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək layihələr haqqında danışıb. Eyni zamanda, nazir müavini ilk gündən qədim yunan torpağında bir doğmalıq hiss etdiyini vurğulayıb, xalqlarımızın oxşar cəhətlərini - istiqanlılığını, qonaqpərvərliyini, zəngin mədəniyyətini və qədim tarixini qeyd edib və iki ölkə gənclərinin dostluğunun sıx və əbədi olmasını arzulayıb.

O, Azərbaycan haqqında xoş sözlərə görə və öz dəyərli vaxtını ayırıb onları qəbul etdiyi üçün Marianna xanıma minnətdarlığını bildirib.

Bundan əlavə İ.Babayev Yunanıstan Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr və əməkdaşlıq üzrə baş katibi, Əməkdaşlıq Bürosunun baş katibi Panagiotis Mihalos ilə görüşüb.

Görüş zamanı İ.Babayev Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verib. Daha sonra iki ölkə gəncləri arasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif mübadilə layihələrinin həyata keçirilməsi, həmçinin gənclər və idman sahələrində normativ sənədlərin hazırlanması, onların imzalanması məsələləri müzakirə edilib.

Dəfələrlə Azərbaycanda oldugunu bildirən P.Mihalos ölkəmizdə olan sürətli inkişafı və həmişə oradan xoş təəssüratlarla ayrıldığını məmnunluqla söyləyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR