Fazil Mustafa NİDA-çılardan danışacaq
Bizi izləyin

Nida.az

Fazil Mustafa NİDA-çılardan danışacaq

Fazil Mustafa NİDA-çılardan danışacaq

Publika.Az xəbər verir ki, Fazil Mustafa müxtəlif ittihamlarla həbsdə olan NIDA-çı gənclər tərəfindən ona edilən müraciətlə tanış olduğunu deyib.

O bildirib ki, bu problem həqiqətən də cəzanın humanistləşdirilməsi və vətəndaş hüquqlarının qorunması baxımından çox ciddi məsələləri ifadə edir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanma müddətinin azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması kimi dəyişiklik əslində, bir neçə dəfə tərəfimizdən Milli Məclisdə səsləndirilsə də, gözlənildiyi kimi hər dəfə diqqətsiz yanaşılıb. Bununla belə, hökmən bu təklifi Milli Məclisdə yenidən qaldırmağı və qanunvericilik təşəbbüsü qaydasında müraciət etməyi planlaşdırıram”.

F. Mustafa iddia edib ki, deputatların qanunvericilik təşəbbüsü hüququ da məhdudlaşdırılıb və müstəqil hansısa layihə irəli sürmək imkanı demək olar ki, xeyli hüquqi əngəlləri aşdıqdan sonra gerçəkləşdirilə bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm