• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"O qadın məni cəlb etmir" - MÜSAHİBƏ

  • Nida.az
  • 16 Aprel 2014 15:55
  • 3 969 Baxış
"O qadın məni cəlb etmir" - MÜSAHİBƏ

Gənc fəal Bəxtiyar Hacıyev son günlər ona qarşı irəli sürülən ittihamlarla bağlı teleqraf.com-un suallarını cavablandırıb.

- Bəxtiyar bəy, polis sizi konkret olaraq nədə ittiham edir?

- Polis məni ittiham etmir. Aktrisa Mətanət Əhmədova və onun həyat yoldaşı Nurettin Eres bir çox Azərbaycan vətəndaşına qarşı etdikləri dələduzluqlarının ifşa edildiyini gördükdə, diqqəti öz əməllərindən yayındırmaq üçün məndən polisə şikayət ediblər, Nurettin Eresin pasportunu zor tətbiq edərək əlindən aldığımı iddia edirlər.

- Yenidən həbs olunma ehtimalınız varmı?

- Düşünmürəm ki, məni yenidən həbs gözləyir. Sadəcə olaraq, vaxtımı, enerjimi belə bir məsələyə sərf edirəm və daha böyük miqyaslı, vacib işlər kənarda qalır.

- Türkiyə vətəndaşının sizdə olan sənəd(lər)ini qaytarmısınız?

- Onun bütün sənədləri Nərimanov Rayon Polis İdarəsinə təqdim edilib. Nurettin Eres pasportunu Azərbaycanı tərk etməyəcəyinə zəmanət olaraq, xüsusi bir məktub yazaraq bizim ofisdə qoyub və gedib.

- Sizcə, Türkiyə vətəndaşı ilə aranızdakı mübahisə təsadüfən yaranıb, yoxsa kənardan təşkil olunub?

- Nurettin Eres bir çox Azərbaycan vətəndaşına qarşı eyni dələduzluq hərəkətlərini edibmiş. Mübahisənin süni surətdə yaradıldığını düşünmürəm. Sadəcə olaraq, mənimlə bağlı məsələ ictimailəşdikdən sonra bəzi rəsmi şəxslər bundan mənə qarşı istifadə etmək, öz əhəmiyyətlərini göstərmək və özlərinə yaxın mətbuatda mənim nüfuzuma zərbə vurmağa çalışıblar. Elə əhəmiyyətli vəzifələrdə çalışan şəxslərin belə kiçik məsələlərlə mənə təsir etməyə çalışmaqlarını təbəssümlə qarşılayıram.

- Nurəddin Eresə borc verərkən onun bu pulu qaytarmaq imkanının olub-olmadığını öyrənmişdiniz?

- Nureddin Eres bir məktəb təmiri üçün ona pul lazım olduğunu, bankdan kredit götürməyin haram olduğunu dedi və məndən xahiş etdi ki, ona borc pul tapmaqda kömək edim. Mən isə bir dindar tanışıma bu barədə dedim. O da borc verə biləcəyini dedi. Həmin şəxs adı çəkilən məktəblə əlaqə saxlamışdı və məktəbdən təsdiq etmişdilər ki, doğrudan da təmir Nurettin Eresin işlədiyi "Makro2000" şirkətinə verilib və 2-3 ay ərzində təmir əvəzində onlara pulları ödənəcək. Nurettin Eres eyni zamanda "Fənərbaxça" klubunun Azərbaycandakı futbol məktəbini də təsis edib. Yəni, onun borcu qaytarmamasının səbəbi imkanının olmaması deyil. Nurettinin borclarını qaytarması üçün imkanı var. Sadəcə olaraq, o, həyat yoldaşı Mətanət Əhmədovanın təsiri və istiqamətləndirməsi ilə dələduzluqla məşğuldur.

- Onun xanımının sizə qarşı ittihamları barədə nə deyə bilərsiz? Doğrudanmı, ona ərindən boşanmasını tələb etmisiniz?

- Bəzi insanlar ədəbsizlik, həyasızlıq və abırsızlıq limitlərinin olmadığını göstərirlər. Məsələn, mən bu borcla bağlı onlara mesaj yazaraq bildirmişəm ki, sizin bir ağsaqqalınız varsa, onunla oturub bu məsələni müzakirə etmək istəyirik. Mətanət Əhmədova isə mətbuata bildirir ki, onun yaşlı atasını Mətanətin ifadəsi ilə "razborka" üçün çağırmışıq. Yaxud, o deyib ki, Nurettin Eres ilə nikahı pozulub və Nurettinin məsələləri onu maraqlandırmır, onun yerini bilmir. Sonra da bunu mətbuata "Bəxtiyar Hacıyev boşanmağımı tələb edir" kimi təqdim edir. Bununla da nüfuzuma ziyan vurmağa, məni gözdən salmağa çalışır. Əgər onun ərinin əməllərində əsas rolu yoxdursa, nəyə görə əri bir dəfə mətbuat qarşısına çıxmadığı halda, bütün orqanlarda və bütün KİV-lərdə həyat yoldaşı Mətanət Əhmədova danışır? İkincisi, o aktrisa heç bir göstəricisinə görə, heç bir tərəfinə görə mənim diqqətimi cəlb edəcək qədər maraqlı qadın deyil. Mən nəyə görə onun boşanmasında maraqlı olmalıyam ki?

- Nurəddin Eres sizə olan borcu qaytarmağa hazırdır?

- Mətanət Əhmədova mətbuata bildirb ki, yaxın günlərdə borc aldıqları vətəndaşlara borclarını qaytaracaqlar.

- İstintaqın gedişindən razısız?

- İstintaqın ilkin gedişindən narazı idim, çünki kimlərinsə həyasızlıqlarına əsaslanaraq mənə qarşı təzyiq etmək istəyirdilər. Məsələ ictimailəşdi, müstəntiq dəyişdi və indi istintaqın gedişindən razıyam və ümid edirəm ki, qısa zamanda müsbət nəticələnəcək.

Ruslan Xəlil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR