Millət vəkillərimiz Astanada
Bizi izləyin

Nida.az

Millət vəkillərimiz Astanada

Millət vəkillərimiz Astanada

Bu gün Qazaxıstanın paytaxtı Astana səhərində TURKPA-nın (Türkdilli Dövlətlərin Parlament Assambleyası) Hüquq məsələləri komissiyasının üçüncü toplantısı keçirilir.

Publika.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin deputatı Çingiz Qənizadənin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə toplantıda millət vəkilləri Cingiz Qənizadə və İqbal Ağazadə iştirak edirlər.

“TURKPA-ya uzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması sahəsində fəaliyyətləri” movzusunda çıxış edən TURKPA-nın Huquq məsələləri komissiyasının üzvü Cingiz Qənizadə hesabat məruzəsinin layihəsini tədbir iştirakçılarına təqdim edib.

Onu da qeyd edək ki, iclasın ikinci hissəsinə Çingiz Qənizadə sədrlik edib.

İclasda, həmçinin Huquq məsələləri komissiyasının 4-cu toplantısının bu ilin ikinci yarısı Qırğızıstanda keçirilməsi qarara alınıb.

TÜRKPA-nın növbəti tam tərkibli plenar iclası isə bu ilin iyun ayında Bakıda keçiriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm