İsmayıl Ömərov İTV-nin ittihamlarına cavab verdi - Özəl
Bizi izləyin

Nida.az

İsmayıl Ömərov İTV-nin ittihamlarına cavab verdi - Özəl

İsmayıl Ömərov İTV-nin ittihamlarına cavab verdi-Özəl

“Bunun mənə dəxli yoxdur, mənim rəhbərliyim dövründə belə şey olmayıb”.

Bu barədə İctimai Televiziya və Radio Yayımları şirkətinin keçmiş rəhbəri İsmayıl Ömərov Publika.Az-a açıqlamasında İTV rəhbərliyinin onu “Blue Water Shipping Caspian Ltd” şirkətinin pulunu ödəməməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.

İ. Ömərov qeyd edib ki, o bu barədə daha danışmaq istəmir: “Müavinim hər şeyə aydınlıq gətirib. Onu deyə bilərəm ki, deyilənlərin mənə dəxli yoxdur”.

Qeyd edək ki, beynəlxalq daşımaçılıqla məşğul olan “Blue Water Shipping Caspian Ltd” şirkəti İTV-ni məhkəmə verib. Şirkət televiziyadan gördüyü işin müqabilində pul tələb edir.

İTV isə bunun İsmayıl Ömərovun vaxtında baş verdiyini deyib.

“Məhkəmə prosesinin indiki rəhbərliklə heç bir əlaqəsi yoxdur. Bu hadisə 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi ilə bağlıdır. O zaman İTV üzərinə bəzi öhdəliklər götürüb. Ancaq bunu yerinə yetirməyib. Hazırda işə məhkəmədə baxılır. Məhkəmənin verəcəyi qərara əsasən işimizi görəcəyik”-deyə bildirilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm