Rusiya pasportu alanlar Azərbaycan vətəndaşlığından çıxarılmalıdır
Bizi izləyin

Nida.az

Rusiya pasportu alanlar Azərbaycan vətəndaşlığından çıxarılmalıdır

Rusiya pasportu alanlar Azərbaycan vətəndaşlığından çıxarılmalıdır

Milli Məclisin bu günkü iclasında Deputat Fazil Mustafa çıxışı zamanı Rusiyada sovet posportlarının SSRİ vətəndaşlarına verilməsi bağlı danışıb: “Bizdə ikili vətəndaşlıq yoxdur. Təklif edirəm ki, Rusiya pasportu almağa müraciət edən şəxs Azərbaycan vətəndaşlığından çıxarılmalıdır. Bu vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır”.

Publika.az-ın xəbərinə görə, YAP-çı deputat Siyavuş Novruzov isə təklif edib ki, Azərbaycan XİN-i məlumat yaymalı və qeyd olunmalıdır ki, xarici dövlətin vətəndaşlığını qəbul etdiyi təqdirdə Azərbaycan vətəndaşlığına xitam verikləcək: “Bu məlumatı insanlara xəbərdarlıq etmək üçün yaymaq lazımdır. Çünki vətəndaşlarımızın çoxu bundan məlumatsızdır. Azərbaycan vətəndaşları müstəqilliyin, dövlətçiliyin və prezidentin ətrafında bir olmalıdır. Biz görürük ki, ermənilərə işləyən və Azərbaycanda fəaliyyət göstərirlər. Həmin insanların informasiyası əsasında dövlətlər Azərbaycan əleyhinə bəyanatlar yayırlar. Biz bu məsələdə ciddi olmalıyıq. Artıq bəlli oldu ki, bu bəyanatların mənbəyi ermənilərdir. Biz heç nədən çəkinməməliyik. Burada Azərbaycan vətəndaşlarının təhlükəsizliyindən söhbət gedir. Bunu edən cəzasını almalıdır”.

Spiker Oqtay Əsədov da Fazil Mustafanın təklifini dəstəkləyib və deyib ki, Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm