1915-ci il psixoloji döyüşündə ilk addım: Ermənistana qarşı üçlü ittifaq
Bizi izləyin

Nida.az

1915-ci il psixoloji döyüşündə ilk addım: Ermənistana qarşı üçlü ittifaq

Bu ölkənin əhəmiyyətli qonşuları olan Türkiyə, Gürcüstan və Azərbaycan enerjiyə söykənən böyük miqyaslı əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edib. Bu, iqtisadi baxımdan ciddi çətinliklər yaşayan və ideoloji olaraq ifrat

“Ermənistanın 1915-ci il iddiaları ilə bağlı kampaniyasını diasporun liderliyində daha da genişləndirməsi gözlənilir. Bu ölkənin əhəmiyyətli qonşuları olan Türkiyə, Gürcüstan və Azərbaycan enerjiyə söykənən böyük miqyaslı əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edib. Bu, iqtisadi baxımdan ciddi çətinliklər yaşayan və ideoloji olaraq ifrat millətçi xətlə hərəkət edən Ermənistana qarşı konkret çərçivədə üçlü siyasət kimi şərh oluna bilər”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözlər Türkiyənin “Milliyet” qəzetinin Ermənistanın apardığı qondarma erməni soyqırımı kampaniyasına qarşı Ankaranın mübarizəsindən bəhs etdiyi yazıda yer alıb.

İlk xəbərdarlıq səfirlərə edildi

Türkiyə prezidenti Abdulla Gül 14 yanvar tarixində VI Səfirlər Konfransı üçün Ankarada olan səfirlərə Çankaya Köşkündə nahar vermişdi. A.Gül etdiyi çıxışında “Türkiyənin daxildə və xaricdə yenidən müsbət gündəmlə yerini almasının lazım olduğuna inanıram. Çünki, Birinci Dünya Müharibəsinin yüzüncü ildönümü yaxınlaşır. Türkiyənin mənfi şəkildə bir çox mərkəzlərdə gündəmə gətirilməsi ehtimalı var. Bütün bunlara hazır olmaq üçün hər şeydən əvvəl Türkiyənin daxildən parlaması, çölə işıq və daim müsbət mesaj verən bir ölkə halına gəlməsi lazımdır. Türkiyə bu dövrə daxil olarkən parlaq imici olan, demokratik və hüquq baxımdan güclü, iqtisadiyyatı inkişaf edən və dostluğuna əhəmiyyət verilən bir ölkə olmalıdır” söyləmişdi. Dövlət başçısı bu mesajla erməni iddialarının 1915-ci ildə yenidən gündəmə gələcəyini və Türkiyəyə çətinliklər yaşadacaq təbliğat hücumundan səfirləri xəbərdar etmişdi.

İlk ziyarət

A.Gül Gürcüstan dövlət başçısı Georgi Marqvelaşvilinin şərəfinə dünən Çankaya Köşkündə axşam yeməyi verdi. Türkiyə prezidenti çıxışında Gürcüstan prezidentinin ilk rəsmi səfərini Türkiyəyə etməsini xüsusi olaraq vurğuladı. “Bu seçimi strateji ortaqlığımızın bir təzahürü olaraq görürük” deyən A.Gül Türkiyə və Gürcüstanın qədim mədəniyyətlərə ev sahibliyi etmiş iki ölkə olduğunu söyləyib.

A.Gül əlaqələrin öz gücünü keçmişdən və xalqlar arasındakı dostluqdan götürdüyünü söyləyib.

Əsrin proyekti...

Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində və regional proyektlərdə güclü bir əməkdaşlıq etdiyini dilə gətirən Türkiyə prezidenti “Əsrin proyekti” adlandırılan Bakı-Tiflis-Ceyhan neft boru xəttinin arxasında olan hərəkətverici qüvvənin, eyni zamanda Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin icrasını mümkün edən iradənin buradan qaynaqlandığını vurğulayıb. Gül “Müasir “İpək Yolu”nun ən əhəmiyyətli hissələrindən olan Bakı-Tiflis-Qars dəmir yolunu bu il tamamlamaq istəyirik. Eyni zamanda cənub qaz dəhlizinin çox vacib bir həlqəsi olan Trans-Anadolu boru xəttini gurçu və azərbaycanlı dostlarımızla birlikdə həyata keçirməkdə israrlıyıq. Heç şübhəsiz ki, bu əhəmiyyətli proyektlər sanki bir kəmər kimi dost ölkələrimizi qucaqlayaraq Cənubi Qafqazı dünyaya birləşdirəcək və bölgəmizin rifahını gücləndirəcək” söyləyib.

Türkiyə ən yaxın ortağımız

Gürcüstan prezidenti də çıxışında Türkiyədə olmaqdan məmnuniyyəti dilə gətirərək Türkiyənin Gürcüstanın ən yaxın ortağı olduğunu dilə gətirib. O, iki ölkə arasında yaxın qonşuluq və qarşılıqlı anlayış prinsipinə söykənən strateji əməkdaşlıq olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm