Rafiq Manaflı: “AXCP Milli Şurada sayını artırmaq istəyir”
Bizi izləyin

Nida.az

Rafiq Manaflı: “AXCP Milli Şurada sayını artırmaq istəyir”

Rafiq Manaflı: “AXCP Milli Şurada sayını artırmaq istəyir”

“AXCP-nin Milli Şurada öz üzvlərinin sayını artırmaq elementləri var”.

Bu barədə VHP Ali Məclisinin sədri, Milli Şura üzvü Rafiq Manaflı Publika.Az-a açıqlamasında deyib.

Lakin o hesab edir ki, qurumda yaranmış balansı pozmaq olmaz: “Bu dəqiqə Milli Şurada ziyalılar və siyasi partiya mənsubiyyətləri arasında balans yaranıb. Hesab edirəm ki, bu balansı siyasi partiyaların xeyrinə pozmaq olmaz. Çünki əgər bir partiya sədri Milli Şuranın üzvüdürsə, o partiyanın üzvləri burda təmsil olunsalar da, olunmasalar da qurumun xeyrinə fəaliyyət göstərməlidir. Bu baxımdan, daha çox ziyalılar, müstəqil adamlar cəlb edilməlidir”.

R. Manaflı qeyd edib ki, Milli Şuradan yaxın günlərdə gedənlərin olacağını düşünmür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm