Yusif Bağırzadə: “Rusiya Azərbaycanın bazarlığı onunla aparmasını istəyir”
Bizi izləyin

Nida.az

Yusif Bağırzadə: “Rusiya Azərbaycanın bazarlığı onunla aparmasını istəyir”

Yusif Bağırzadə: “Rusiya Azərbaycanın bazarlığı onunla aparmasını istəyir”

“Amerikalı həmsədr Ceyms Uorlik ABŞ-ın Dağlıq Qarabağla bağlı yeni bəyanatla çıxış edəcəyinin mesajını verdi. Hesab edirəm ki, bu sensasion bəyanat olmalıdır. Biz istərdik ki, bu, münaqişənin həlli ilə bağlı pozitiv bəyanat olsun”.

Bu barədə AMİP sədri Yusif Bağırzadə Publika.Az-a açıqlamasında deyib. Partiya sədri qeyd edib ki, Azərbaycan torpaqlarının işğal edilib, bu baxımdan, bu, Ermənistanla münaqişə kimi deyil, təcavüzkarlıq faktoru kimi təqdim edilməlidir: “Münaqişəni işğal faktı fonunda həll etmək lazımdır. Lakin bir şeyi unutmamalıyıq ki, həmsədr ölkələrdən biri Rusiyadır. Rusiya isə münaqişəni nəinki Azərbaycan, hətta Ermənistanın da xeyrinə həll etmək istəmir. Çünki bu faktordan Ermənistana təzyiq edib orda hərbi baza saxlayır, Azərbaycanda isə karbohidrogen ehtiyatların Avropaya çıxışını məhdudlaşdırmaqla bizim avrointeqrasiyamızı əngəlləyir. Xatırlayırsınızsa, Lavrov BMT-nin 4 qətnaməsinin vaxtının keçdiyini açıqlamışdı. Rusiya münaqişənin həllini Azərbaycanla Ermənistanın da öhdəsinə buraxmağa imkan vermir. İstəyir Azərbaycan bazarlığı onunla aparsın. Əks təqdirdə Azərbaycan ən azından ətraf rayonu ordusu ilə işğaldan təmizləyə bilər”.

Y.Bağırzadə hesab edir ki, Ermənistan elə bir vəziyyətə düşəcək ki, sonda Azərbaycana münaqişəni həll etmək üçün özü təklif edəcək: “Çünki Ermənistan bu gün Gömrük İttifaqında təmsil olunur, hansı ki, bunun perspektivsiz olduğunu özləri də yaxşı bilir. Bunun fonunda Azərbaycan bölgədə öz gücünü artırır, yeni enerji layihələri işləyir. Əminəm ki, yaxın günlərdə Azərbaycan yeni enerji layihəsi ilə çıxış edəcək. Ermənistan isə əhalinin acından ölməməsi üçün münaqişəni həll edib bu layihələrdən yararlanmaq istəyəcək”.
Partiya sədri Minsk qrupunun da fəaliyyətinə toxunub.

“Minsk qrupu bu ilin sonuna kimi münaqişənin həlli ilə bağlı konkret təkliflər verməsə, özü-özünü buraxmalıdır. 20 ildən artıq müddətdə yerində saymaq olmaz” - deyə o, bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm