Şuşanın işğalında Səfər Əbiyev müəmması - VİDEO
Bizi izləyin

Nida.az

Şuşanın işğalında Səfər Əbiyev müəmması - VİDEO

Şuşanın işğalında Səfər Əbiyev müəmması

Bu gün Şuşanın işğalından 22 il ötür. Bu 22 ildə Şuşanın itirilmə ağrısı ilə yanaşı, “alınmaz qalanı ermənilər necə işğal etdi?” sualı da beyinlərdə özünə yer edib. İndiyə qədər bir çoxları bu itkidə günahkar bilinib. Lakin hələ də “Şuşa müəmması” davam edir.

Şuşanın işğalı dövründə baş nazir olmuş Sürət Hüseynovun video açıqlaması isə daha bir müəmmanı ortaya qoydu. Belə ki, sabiq baş nazir bildirir ki, keçmiş müdafiə naziri Səfər Əbiyev həmin vaxt Yevlaxda operativ qərargahın rəisi idi: “Uçuşlara o rəhbərlik edirdi. Şuşa əməliyyatında Vaqifə bəzi yerləri bombalamaq üçün koordinatları o vermişdi. Vaqif həmin yerləri bombaladıqdan sonra mənə bildirdi ki, mən qalxdım, bombaladım, amma sonradan baxıram ki, orda heç kim yoxdur”.

S. Hüseynovun açıqlamasında söhbət milli qəhrəman təyyarəçi Vaqif Qurbanovdan gedir. Bu aradan diqqət çəkən bir məqam da var. Şuşanın işğalından sonra əsas mövzu Şuşaya uçan hərbi təyyarəmizin öz mövqelərimizi bombalaması idi. Bu uçuşu həyata keçirən Vaqif Qurbanova koordinatları verən də uçuşa rəhbərlik edən Səfər Əbiyev idi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm