YAP-dan Leyla Yunusa cavab: “Pulunu ödəyib tədbirini keçirə bilər”
Bizi izləyin

Nida.az

YAP-dan Leyla Yunusa cavab: “Pulunu ödəyib tədbirini keçirə bilər”

“Bakı şəhərində yüzlərlə müxtəlif xarakterli yerlər, hotellər var, konfrans zalları var. Hansını istəyirlər icarəyə götürsünlər, tədbirlərini keçirsinlər. Onların qarşısını heç kim almır.

“Azərbaycanda hansısa tədbirin keçirilməsi üçün heç bir problem yoxdur”.Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.Az –a açıqlamasında Sülh və Demokratiya İnstitutu (SDİ) Azərbaycanda siyasi məhbusların siyahısını açıqlayacağı üçün onların yanvarın 23-də tədbir keçirməsinə hakimiyyət tərəfindən maneçilik törədildiyi haqqında deyilənlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, istənilən təşkilat istənilən vaxt, istənilən yerdə pulunu ödəyib tədbirini keçirə bilər: “Bakı şəhərində yüzlərlə müxtəlif xarakterli yerlər, hotellər var, konfrans zalları var. Hansını istəyirlər icarəyə götürsünlər, tədbirlərini keçirsinlər. Onların qarşısını heç kim almır. Ümumiyyətlə, Azərbaycanda belə bir problem yoxdur”.

M. Qurbanlı bildirib ki, bu, həmin qurumun tədbirləri ətrafında ajiotaj yaratmaq, qara piar kampaniyasından istifadə edərək hay-küy salmaqla guya hökumət tərəfindən maneələr yaradıldığı haqqında rəy formalaşdırmaq məqsədindən irəli gəlir: “Bu qurumlar müxtəlif formalarda dezinformasiya ilə diqqəti özlərinə cəlb etmək istəyirlər. Bu da onların növbəti cəhdlərdən biridir. Həmişə kimi indi də diqqəti özlərinə cəlb etmək üçün dezinformasiyadan istifadə edilər”.

YAP rəsmisi qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Onun fikrincə, bu məsələ antoazərbaycan dairələrin zaman-zaman ölkəmizə qarşı apardığı kampaniyanın elementlərindən biridir.

“Ənənəvi olaraq Azərbaycanın əleyhinə xaricdə erməni lobbisinə bağlı antimilli dairələr də var, təəssüf ki, daxildə də belə qüvvələr peyda olur. Daxildəki qüvvələr Azərbaycan əleyhinə kampaniyada ötürücü, icraedici rolunu oynayırlar. Müxtəlif vasitələrlə Azərbaycan haqqında yanlış məlumatlar yaymağa çalışırlar. Onların əllərində dəstəvuz etdikləri məsələlərdən biri də siyasi məhbus məsələsidir. Lakin Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bizdə siyasi düşüncəsinə, fəaliyyətinə, əməllərinə görə təzyiq edilmir. Azərbaycanda bu və ya digər cinayət əməlinə görə məhkum edilənlər var. Onların arasından “seçərək” kimisə siyasi məhbus elan edib bundan hansısa maddi, siyasi divident qazanmaq istəyirlər. Prezident İlham Əliyev də bu günlərdə Belçikaya səfəri zamanı birmənalı olaraq Azərbaycanda siyasi məhbusun olmadığın bir daha vurğuladı. Avropa Şurası siyasi məhbus ad altında antiazərbaycan dairələrin qaldırdığı məsələni qəbul etmədi. Bütövlükdə beynəlxalq təşkilatlarda siyasi məhbus tarifi, anlayışı kfayət qədər yetkin deyil, çox yayğın anlayışdır. İstərdik ki, yayğın anlayış anti-hüquqi cəhətdən termenoloji mənasını tapsın”-deyə o vurğulayıb.

M. Qurbanlı diqqətə çatdırıb ki, Azərbaycanda siyasi məhbus yox, bu ad altında alver edənlər var: “Onların sırasında bu qurum və onun başıpnda duran da var. Onlar dəfələrlə ümumilli maraqlarımıza zərbə vurmağa cəhdlər ediblər, amma heç nəyə nail ola bilməyiblər. Bundan sonra da ola bilməyəcəklər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm