Nida.az
BAXCP-dən əfv çağırışı: “Həbs qəti imkan tədbiri dəyişdirilsin”
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. İctimai-siyasi vəziyyətlə bağlı məsələlərin müzakirəsi çərçivəsində BAXCP İdarə Heyəti Azərbaycanın mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması da müzakirə olunub.
BAXCP İdarə Heyəti ölkəmizin Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlamasını yüksək dəyərləndirib və bu faktın Azərbaycanın Avropa Şurası ilə, eləcə də bu quruma üzv olan ölkələrlə daha sıx əməkdaşlığa imkan yaratdığını bildirib.
BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması ilə əlaqədar hakimiyyətin ata biləcəyi humanist addımlar bu hadisənin siyasi və mənəvi əhəmiyyətini daha da artıra bilər.
Bu baxımdan, sabiq millət vəkili Gülər Əhmədovanın həbsdən azad
edilməsini humanist addım kimi qiymətləndirən BAXCP İdarə Heyəti
hesab edir ki, bu humanist yanaşmanın həbs olunmalarında siyasi
motivlərin olduğu iddia olunan, haqlarında məhkəmə hökmü olan və
barələrində həbs qəti imkan tədbiri seçilmiş digər şəxslərə də
şamil edilməsi ölkəmizdə kənar qüvvələrin stimullaşdırmağa
çalışdığı gərginliyin azaldılmasına, milli birliyə və həmrəyliyə
töhfə vermiş olardı: “Bu gün ölkəmizdə xalqın mütləq əksəriyyətinin
iradəsinə söykənən siyasi sabitliyin olduğunu, ayrı-ayrı fərdlərin
və qrupların bu sabitliyi pozmaq iqtidarında olmadığını, eyni
zamanda bəzilərinin xeyli müddətdir ki, azadlıqdan məhrum
edildiyini nəzərə alan BAXCP İdarə Heyəti Azərbaycan hökumətini
“Nidaçı”ları və həbsdə olan Nemət Pənahlı, Fərəməz Allahverdiyev,
Sərdar Əlibəyli, Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov,
Əvəz Zeynallını əfv etməyə, Pərviz Həşimov, Rauf Mirqədirov və Anar
Məmmədli barəsində seçilmiş həbs qəti imkan tədbirini dəyişdirməyə
çağırır”.
Asif
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq