Rəsul Quliyev Azərbaycanda heykəlinin qoyulmasını istəyir
Bizi izləyin

Nida.az

Rəsul Quliyev Azərbaycanda heykəlinin qoyulmasını istəyir

Rəsul Quliyev Azərbaycanda heykəlinin qoyulmasını istəyir

“Bişkek protokoluna imza atdığım üçün mənə büst qoyulmalıdır”.

Publika.Az xəbər verir ki, bu barədə eks-spiker, Bişkek protokoluna Azərbaycan tərəfindən imza atan Rəsul Quliyev deyib. Onun sözlərinə görə, bu protokolun heç bir əhəmiyyəti yoxdur: “Çünki müqaviləni ancaq hökumətlər imzalaya bilər, lakin buna hökumət imza atmayıb. Əgər həqiqətən də bu böyük əhəmiyyətə malikdirsə o zaman mənə Azərbaycanda heykəl qoyulmalıdır”.

R. Quliyev bildirib ki, ümumiyyətlə parlament sədri heç bir dövlətlərarası müqabviləyə imza atmaq səlahiyyəti yoxdur.

Qeyd edək ki, Bişkek protokolu Azərbaycan tərəfindən 1994-cü il mayın 8-də imzalanıb. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İcra Hakimiyyəti başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində Karen Baburyan imza atıblar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm