Nida.az
"Azərbaycan gələn il Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək"
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Son 10 ildə Azərbaycan idman sahəsində də mühüm nailiyyətlər əldə etmişdir.
Prezident İlham Əliyevin idmana diqqəti sayəsində Azərbaycan artıq idman ölkəsi kimi bütün dünyada layiqli yerini tutmuşdur. Bu gün müstəqil Azərbaycanın idmançıları dünya miqyasında böyük uğurlar qazanırlar. Ölkəmiz dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olmuşdur. İndi istər Bakı, istərsə də bölgələrdə region və beynəlxalq əhəmiyyətli idman yarışları ən yüksək səviyyədə keçirilir. Bu məsələdə regionlardakı müasir idman qurğuları müstəsna rol oynayır. Dövlət siyasətinin nəticəsi olaraq indi bütün rayonlarda gözəl və hər cür şəraiti olan idman strukturu yaradılır. Bunlardan biri də, Göygöldə yaradılan Olimpiya İdman Kompleksidir. Belə komplekslər bir daha sübut edir ki, ölkədə idmanın kütləviliyini artırmaq, gənclərin idmana marağını təmin etmək və bu sahədə yeni-yeni qələbələr qazanmaq üçün dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Azərbaycanda idman sahəsinə göstərilən diqqət artıq bütün dünyada böyük rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcəkdir.
Prezident İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışını bildirən rəmzi lenti kəsdi. Dövlətimizin başçısına yeni kompleks haqqında məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Göygöl Olimpiya İdman Kompleksinin tikintisinə 2010-cu ilin sonunda başlanmışdır. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Göygöl rayonunda ictimaiyyətin nümayəndələri, həmçinin idmançılarla görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Zallar ən müasir idman qurğuları ilə təchiz olunmuşdur. Burada müasir üzgüçülük hovuzu da tikilmişdir. Kompleksdə güləş, universal idman, şahmat və boks zalları, məşqçilər üçün otaqlar, konfrans zalı və digər zəruri otaqlar mövcuddur. Müxtəlif idman tədbirlərinin keçirilməsi üçün hər cür şəraitlə təchiz edilən universal idman zalı 780 tamaşaçı üçün nəzərdə tutulmuşdur.
Kompleksin infrastrukturu da ən müasir tələblərə cavab verir. Beynəlxalq standartlara uyğun inşa edilən kotteclərdə istirahət üçün ən yüksək şərait yaradılmışdır.
Kompleksin açıq futbol stadionu da vardır. FİFA standartlarına cavab verən stadionun ətrafında yüngül atletika yarışları üçün qaçış zolağı salınmışdır. Stadionda 1300 tamaşaçı tutumu olan üstüörtülü tribuna tikilmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Göygöl rayonunun idmançıları beynəlxalq və respublika səviyyəli idman yarışlarında mühüm nailiyyətlər qazanmışlar. Hazırda rayonda idmanın müxtəlif növləri üzrə 2 Avropa və 14 dünya çempionu vardır.
Göygöl Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev
dedi: "Göygöldə Olimpiya Mərkəzi tikilibdir. Bu gün bu mərkəzin
açılışını birlikdə qeyd edirik. Sizi təbrik edirəm. Burada idmanla
məşğul olmaq üçün bütün imkanlar vardır. Mən soruşuram deyirlər ki,
ümumiyyətlə, Göygöl rayonunda idman obyektləri, idmanla məşğul
olmaq üçün imkan olmamışdır. İndi belə gözəl imkan vardır. Ən
yüksək səviyyədə tikilibdir - hovuz, oyun, məşq zalları, artıq
burada gözəl memarlıq özünü göstərir. Bir də ki, kotteclər,
mehmanxana. Yəni, rayonun inkişafı üçün bu mərkəzin çox böyük
əhəmiyyəti vardır. Burada şahmat dərnəyi fəaliyyət
göstərəcəkdir.
Ona görə, biz Göygöl idmançılarından yaxşı nəticələr gözləyirik.
Gərək yaxşı nəticələr, qələbələr olsun, həm ölkə çempionatlarında,
həm də beynəlxalq turnirlərdə".
Prezident bildirib ki, indi belə şəraitdən sonra gərək yaxşı da
nəticələr olsun: "Çünki Azərbaycanda idman sürətlə inkişaf edir.
Biz idman aləmində yüksək zirvələrə qalxmışıq. Azərbaycan indi
idman dövlətidir, çoxlu medallarımız, idmançılarımız, dünya,
Olimpiya çempionları vardır. Keçən il təkcə bir il ərzində Olimpiya
idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. 2012-ci ildə
Yay Olimpiya Oyunlarında böyük qələbə qazanmışıq. Universiadada
gənc idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə
qaldırmışlar. Yəni, biz idman ölkəsi kimi özümüzü artıq təsdiq
etmişik. Gərək bu müsbət dinamika davam etsin. Buna nail olmaq üçün
gərək uşaqlar, yeniyetmələr hər yerdə, hər bir rayonda idmanla
məşğul olsunlar. Biz bu şəraiti yaradırıq.
Göygöl Olimpiya İdman Kompleksi Azərbaycanda tikilən sayca 41-ci
regional kompleksdir. Artıq Bakıdan başqa 41 şəhərdə idmanla məşğul
olmaq üçün gözəl imkanlar vardır".
İlham Əliyev qeyd edib ki, Bakıda isə Avropa Oyunlarına hazırlıq
gedir: "Yeni idman obyektləri tikilir - Olimpiya Stadionu, Su
İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi, Gimnastika Kompleksi.
Əvvəllər tikilmiş idman obyektləri təmir edilir. Biz gələn il
Avropa Oyunlarını yüksək səviyyədə keçirməliyik və əminəm ki,
keçirəcəyik.
Ona görə, indi Göygöldə idmanla bağlı problemlər öz həllini
tapacaqdır. Burada gözəl məşq prosesi təşkil edilməlidir. Eyni
zamanda, yığma komandalarımız da gəlib burada təlim-məşq
toplantılarında iştirak etməlidirlər. Bir sözlə, əminəm ki, Göygöl
Olimpiya Kompleksinin gözəl gələcəyi olacaqdır.
Bütövlükdə, rayonda bu gün bir neçə tədbirdə iştirak etmişəm.
Onların içərisində əlbəttə ki, su-kanalizasiya layihəsini xüsusi
qeyd etmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, Göygöl rayonunda su
təchizatı həmişə böyük problem olub. Təmiz, keyfiyyətli içməli su
həmişə problem olub. Bu problem artıq aradan qaldırılıb. İndi
ölkəmizdə ən təmiz və keyfiyyətli sulardan biri artıq Göygölə
verilir. Şəhər içməli su ilə tam təmin edilir. Bu su kəmər boyu
yerləşən yeddi kəndə də verilir. Gələcəkdə başqa kəndlərin su
problemi də həll ediləcəkdir. Bu, tarixi layihədir, tarixi
nailiyyətdir. Çünki bu ərazidə, bu rayonda heç vaxt keyfiyyətli su
olmamışdır Bax, Azərbaycan dövlətinin siyasəti və gücü bunda özünü
göstərir".
Dövlət başçısı qeyd edib ki, insanların sağlamlığı, rahat
yaşamaları üçün Azərbaycan dövləti bu böyük layihələri icra edir:
"Dağlardakı mənbədən 25 kilometr uzunluğunda kəmər çəkilib, böyük
vəsait xərclənibdir. Dağların arasında süni göl, yəni, su hövzəsi
yaradıldı ki, burada yaşayan sakinlər təmiz su içsinlər. Mənə
verilən məlumata görə, şəhərin qaz problemi də 100 faiz həll
edilib. Göygöl şəhəri 100 faiz qazlaşdırılıbdır. Kəndlərin yarısı
da qazlaşdırılıbdır. Bu da heç vaxt olmamışdır. İndi biz buraya da
qaz çəkdik, 100 faiz təmin olundu.
Elektriklə bağlı problemlər həll edilibdir. Kənd yolları tikilir.
Bir layihə icra edilir, daha bir layihə icra ediləcəkdir. Təkliflər
verilib. Elə etməliyik ki, burada bir dənə də təmirsiz kənd yolu
qalmasın.
Bütün rayon infrastrukturu inkişaf edir və yeniləşəcəkdir.
Əlbəttə ki, rayonun aqrar potensialı çox böyükdür. Bu istiqamətdə
hələ görüləsi işlər çoxdur. Turizm potensialı da vardır. Ancaq
turizm potensialının inkişafı, ondan səmərəli şəkildə istifadə
etmək üçün şərait olmalıdır. Yol, qalmağa yer, infrastruktur
olmalıdır. Bunları da biz yaradırıq və yaradacağıq.
Göygöl rayonunun inkişafı üçün əlavə təbdirlər də görüləcək, vəsait
də ayrılacaqdır ki, burada işlər həmişə yaxşı getsin.
Əvvəlki səfərlərimdə xəstəxananın açılışında bərabər olmuşuq. Bu
gün Bayraq Meydanının təqdimatı keçirilmişdir. Bu da çox önəmli
məsələdir. Bizim bayrağımız dövlətçiliyimizin rəmzidir. İndi hər
şəhərdə bayraq meydanı vardır. Bu da müasir Azərbaycanın
yenilikləridir. Bakıda və hər bir şəhərdə. Bütün digər istiqamətlər
üzrə Bakıda nə varsa, bütün şəhərlərdə də olmalıdır. Deyə bilərəm
ki, Bakı hələ 100 faiz su ilə təmin edilməyib. Bakıda görülən son
işlər hesabına biz davamlı suyun verilməsini ancaq 78 faiz
səviyyəsinə qaldıra bilmişik. Amma Göygöldə 100 faizdir.
Qazlaşdırma Bakıda 96 faiz, Göygöldə 100 faizdir. Bunlar regional
proqramın icrası nəticəsində mümkün olmuşdur. İki proqram icra
edilibdir. Üçüncü proqram da yaxın gələcəkdə qəbul ediləcəkdir. O
da beşillik proqram olacaqdır. Orada hər bir rayon, o cümlədən
Göygöl rayonu üzrə konkret beşillik fəaliyyət planı öz əksini
tapacaqdır. Hər bir vətəndaş proqramı oxuya bilər ki, onun
rayonunda hansı işlər gözlənilir. Artıq proqram daha çox yerlərdən
gələn təkliflər əsasında tərtib edilir. Sakinlərin müraciətləri
nəzərə alınır. Bildiyiniz kimi, dövlət və hökumət orqanlarının
vəzifəli şəxsləri mütəmadi qaydada bölgələrə ezam olunurlar,
sakinlərlə görüşürlər, onların problemlərini eşidirlər və həll
edirlər. Bax, növbəti proqram da sakinlərdən gələn təkliflər
əsasında formalaşıbdır. Növbəti beş il ərzində qalan infrastruktur,
sosial məsələlər öz həllini tapacaqdır, o cümlədən məktəb
tikintisi. Hələ ki, Göygöldə də təmirsiz məktəblər, digər sosial və
infrastruktur layihələr vardır.
Bu gözəl obyektin - idman kompleksinin açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı,
uğurlar arzulayıram".
Rayon ictimaiyyəti adından çıxış edən Vidadi Rzayev ölkənin
bütün regionları kimi, Göygölə də göstərdiyi diqqət və
qayğıya görə dövlətimizin başçısına
minnətdarlıq edərək dedi: "Möhtərəm cənab Prezident, Sizi Göygöl
rayon ictimaiyyəti, gəncləri və idmançıları adından salamlayır,
rayonumuza "Xoş gəlmisiniz!" deyirəm.
Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı kimi Siz respublikamızı daim xoşbəxt gələcəyə
aparırsınız. Respublikaya rəhbərlik etdiyiniz 10 il ərzində
ölkəmizin siması kökündən dəyişmiş, Azərbaycan dünyanın heç bir
ölkəsinin nail ola bilmədiyi sürətli inkişaf yolu keçmişdir.
Cənab Prezident, Sizin qayğınız sayəsində bütün sahələr kimi, idman
da sürətlə inkişaf edir. Siz Azərbaycanda idmanın kütləviliyini
təmin edirsiniz. Bununla da ölkədə sağlam nəsil
formalaşdırırsınız.
Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda müasir idman
qurğuları tikilmiş, Olimpiya hərəkatı geniş vüsət almışdır.
Yaradılan müasir infrastruktur Azərbaycan idmançılarına dünya və
Avropa birinciliklərində möhtəşəm qələbələr qazandırmışdır. Biz
səbirsizliklə 2015-ci ildə Avropa Oyunlarının Azərbaycanda
keçirilməsini gözləyirik. Bu oyunların Azərbaycanda keçirilməsi
barədə qərar Sizin uğurlu siyasətinizin
nəticəsidir. Bu, çox böyük tarixi hadisə, ölkəmizin möhtəşəm
uğurudur. Mehriban xanımın bu oyunların təşkilati işlərini öz
üzərinə götürməsi isə digər möhtəşəm beynəlxalq tədbirlərdə olduğu
kimi, bu tədbirin də çox yüksək səviyyədə keçəcəyinə bizdə heç bir
şübhə qoymur. Ona görə də Sizə və Mehriban xanıma bütün göygöllülər
adından dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, bu gün açılışını etdiyiniz Göygöl Olimpiya İdman
Kompleksinə gənclərin böyük axını olacaqdır. Bu idman kompleksində
gənclərimiz idmanın müxtəlif bölmələrində məşğul olub öz
ustalıqlarını artıracaq, tezliklə Azərbaycan yığma komandasının
tərkibində Avropa, dünya birinciliklərində ölkəmizin bayrağını
yüksəklərə qaldıracaqlar. Buna əmin ola bilərsiniz.
Mən Sizə göygöllülər adından bir daha minnətdarlığımı bildirir,
uzun ömür, cansağlığı arzulayıram".
Prezident İlham Əliyev: Sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq