REAL-dan Erkin Qədirli ilə bağlı şok qərar
Bizi izləyin

Nida.az

REAL-dan Erkin Qədirli ilə bağlı şok qərar

REAL-dan Erkin Qədirli ilə bağlı şok qərar

REAL hərəkatı Məclis Məclis Başkanı və İdarə Heyətinin üzvü Erkin Qədirlini başqan vəzifəsindən azad edib.

Publika.Az xəbər verir ki, buna səbəb E. Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlardır.

Bu məsələ hərəkatın İdarə Heyətində müzakirə olunub. Qeyd olunub ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də təklif olunub ki, Erkin Qədirli REAL Hərəkatının Məclis Başkanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın.

Bu təklif REAL Hərəkatının İdarə Heyətinin sədri İlqar Məmmədova da öncədən göndərilibdir. İlqar Məmmədov həbsdə olduğundan İdarə Heyətinin müzakirələrində və səs vermələrində iştirak edə bilmir. Amma bu məsələ ilə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb. İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərara alıb:
Erkin Qədirli Məclis Başkanı vəzifəsindən azad edilsin.

Erkin Qədirli İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirsin, amma onun İdarə Heyətində səs vermək, eləcə də REAL Hərəkatının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın.

İdarə Heyəti REAL Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır ki, Hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə zidd hərəkətləri edən heç bir üzvünə güzəştə getməyəcək. REAL Hərəkatı demokratiya uğrunda çalışan və özündə demokratiyanı yaşadan siyasi təşkilatdır və şəxsi nüfuzundan asılı olmayaraq bütün üzvlərimiz demokratik dəyərlərə hörmət etməli və onlara sadiq qalmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm