Qənirə Paşayeva: "Hərbi məktəbə qızların qəbulu bərpa edilsin"
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva: "Hərbi məktəbə qızların qəbulu bərpa edilsin"

“Orqan transplantasiyası 45 min manatdır. Amma ondan 18 faiz vergi tutulur. Bu olduqca böyük məbləğdir. İnsanlar bəzən bu rəqəmi toplaya bilmir. Əgər bu 18 faizlik əlavə dəyər vergisini çıxsaq insanlarımız üçün köməklik olar”.

Bunu Milli Məclisdə çıxışı zamanı Qənirə Paşayeva deyib.

O, təklif edib ki, icbari tibbi sığorta tətbiq edilənə qədər orqan transplatiyası zamanı 18 faizlik əlavə dəyər vergisi azad edilsin. Deputat həmçinin deyib ki, 2009-cu ildən Bakı Ali Hərbi Məktəbə qızların qəbulu dayandırılıb: “Biz müharibə şəraitində olan dövlətik. Təklif edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılsın, dəstək verilsin. Artıq tələbə qəbulu yaxınlaşır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm