Nida.az
Amerikalı həmsədrdən “Sərsəng”lə bağlı qəribə çağırış
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağla bağlı çağırış edib.
Publika.Az xəbər verir ki, C. Uorlik “Twitter” səhifəsində Sərsəng su anbarının şəklini paylaşaraq, münaqişə tərəflərini su resurslarından birgə istifadə etməyə səsləyib: “Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurlarından birgə istifadə edə bilsəydilər, bu, müsbət addım ola bilərdi”.
Qeyd edək ki, Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayı üzərində inşa edilib. Onun ümumi sututumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng su anbarı hazırda Tərtər rayonunun erməni işğalında olan (keçmiş Ağdərə rayonu) ərazisində qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İşğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da qalıb.
Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurubdur. Hazırda su anbarına və onun qurğularına 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı byefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.
Asif
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ